vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 18 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
Lapşin məsələsi finişə çatır 19:10 | 20 yanvar 2017 | Cümə Məqaləyə 849 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lapşin məsələsi finişə çatır

Belarusun baş prokurorunun müavini qərar çıxardı...

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarusun Baş prokurorunun müavini Aleksey Stuk Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılan və ötən ay Minskdə saxlanılan rusiyalı bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyası haqda qərar imzalayıb.

Virtualaz.org xəbər verir ki, Baş prokurorun müavininin imzaladığı qərarda deyilir: «Belarus DİN-in cəzaların icrası Departamentinə tapşırılsın ki, Lapşin Aleksandr Valeryeviçin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi Lapşin Aleksandr Valeryeviçin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin».

Xatırladaq ki, Lapşin Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək sərhəd rejimini pozmaqda ittiham olunur. İsrail vətəndaşlığı daşıyan qalmaqallı bloqqerin Minskdə saxlanılması böyük siyasi hay-küyə səbəb olub. Ermənistan bütün imkanları ilə bloqqerin müdafiəsinə çalışır və onun Azərbaycana verilməməsi üçün mübarizə aparır. Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov da Lapşinin Azərbaycana ekstradisiyasının əleyhinə çıxıb. ABŞ Dövlət Departamenti onun saxlanılmasını «söz azadlığının pozulması» kimi şərh edib. İsrail isə bloqqerin məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparır. Məlum olub ki, İsrail XİN bloqqerin Azərbaycandan açıq şəkildə üzr istəməsinin əvəzində onun təqib olunmasının dayandırılmasını xahiş edib. Lakin rəsmi Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Çünki ilk dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan üzərindən səfər edib erməni separatçılarını təbliğ edən xarici vətəndaşın saxlanılması baş verir.