vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
«Azərbaycan Lapşini bağışlaya bilər» 20:19 | 21 yanvar 2017 | Şənbə Məqaləyə 1001 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan Lapşini bağışlaya bilər»

Bloqqerin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus Prokurorluğu bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib. Baş prokurorun müavininin imzaladığı qərarda deyilir: «Belarus DİN-in cəzaların icrası Departamentinə tapşırılsın ki, Lapşin Aleksandr Valeryeviçin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi Lapşin Aleksandr Valeryeviçin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin».

Yayılan xəbərlərə görə Lapşinin anası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, oğlunun əfv olunmasını istəyib.

Virtualaz.org xəbər verir ki, bu barədə Belarusdakı İsrail konsulu Yuliya Raçinska-Spivakova bildirib.

Lapşinin İsrail vətəndaşı olan və elə orada da yaşayan anası əfv xahişi ilə məktubu İsrail XİN-ə yollayıb. Bu ölkənin xarici siyasət idarəsi həmin məktubu Azərbaycan tərəfinə təqdim etməlidir.

Azərbaycanın tələbi ilə Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Lapşin özü də İlham Əliyevin adına məktub yazaraq üzr istəyib. Sözügedən məktub Raçinski-Spivakovanın iştirakı ilə imzalanıb.

Bu barədə «Sputnik Armenia» agentliyi «RİA Novosti»yə istinadən xəbər verib.

Məktubunda Lapşin hərəkətlərinin sadəlövhlük üzündən edildiyini bildirir və onlara görə üzr istəyir. Məktub notarial qaydada Belarusdakı İsrail səfirliyinin konsulu tərəfindən təsdiqlənib və İsrail səfirliyi vasitəsilə Bakıya – Azərbaycan prezidentinin administrasiyasına baxılmaq üçün göndərilib.


***


Lapşinin ekstradisiyası ilə bağlı məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin yəhudi deputatı Yevda Abramov azvision.az-a bildirib ki, bloqqer açıq şəkildə üzr istəsə, Azərbaycan onu bağışlaya bilər. 

«Belarusda saxlanılan bloqqer Aleksandr Lapşin Azərbaycana verilə bilər. Ekstradisiya məsələsində bizim Belarusla müqaviləmiz var. Bu məsələdə hüquqi baxımdan heç bir problem yoxdur. Lapşin açıq şəkildə üzr istəsə, bağışlana bilər. Hər iki variant mümkündür».

Xatırladaq ki, üç ölkənin (Rusiya, İsrail və Ukrayna) vətəndaşı olan Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın tələbi ilə Belarusda saxlanılıb. Belə ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Lapşin işğalçı rejimin beynəlxalq aləmdə təşviqatı məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlər edib. Bundan əlavə, o, 2016-cı ilin 6 aprel və 29 iyun tarixlərində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə kütləvi çağırışlar edib və işğalçı rejimin «müstəqilliyini» dəstəklədiyini bildirib.