vaxtlı-vaxtında oxuyun! Cümə, 22 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Lapşinin «lapşası»... 19:23 | 3 fevral 2017 | Cümə Məqaləyə 1026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lapşinin «lapşası»...

... Öz qulağından asılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Aleksandr Lapşin vətəndaşlığını daşıdığı ölkələrin Xarici İşlər Nazirliklərinin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib.

Adının «arzuolunmaz şəxslər» siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini özü etiraf edib».

Bunu «Trend»in A.Lapşin məsələsi ilə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, A.Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlərin olduğuna görə onun barəsində Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib:

«Bloqqer və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas və ya toxunulmazlıq vermir.

Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona «söz azadlığı» donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya tamamilə başa düşülən deyildir».

XİN rəsmisi qeyd edib ki, Azərbaycan MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A.Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb:

«Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədlərini ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır».

Yeri gəldiyi üçün söyləməliyik. Ruslarda bir atalar misalı var. Bir nəfər digərini aldadanda öyünərək deyir ki, «Вешал лапшу на уши» (Qulaqlarından əriştə asdım). Bu dəfə Azərbaycan bloqqerin öz əriştəsini, öz qulaqlarından asacaq. Azərbaycan xalqının məşhur bir misallnda deyildiyi kimi: «Lapşinə torba tikəcəyik, sapı da özündən».