Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
10:59 | 24 fevral 2017 | Cümə
Məqaləyə 1625 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rus jurnalist Janna Nemtsovanın suallarını cavablandırıb. Erməni nazir müsahibəsində Dağlıq Qarabağ probleminə və Rusiya ilə münasibətlərə də toxunub. Müsahibə zamanı Nalbandyan jurnalistin suallarından sonra çətin vəziyyətə düşüb.
Jurnalistin «Əgər Rusiya bazarlarını Ermənistanın üzünə bağlasa, Ermənistan hansı çətinliklərlə qarşılaşar» sualına cavab verməkdə nazir çətinlik çəkib. Nalbandyanın cavabı isə məntiqsiz və çox gülməli alınıb: «Siz elə sual verirsiniz ki... Əgər Almaniya üçün bütün qonşuları bazarlarını bağlasa, nə olacaq? Siz bunu təsəvvür edə bilirsiniz? Əlbəttə yox...»
Jurnalist erməni nazirin çaşqın vəziyyətdə qaldığını gördükdən sonra nazirə Rusiyanın Gürcüstan və Moldova ilə ticari əlaqələrini kəsdiyini də xatırladıb.
Bundan sonra Nalbandyan deyib ki, Ermənistanın ticari əlaqələri birtərəfli deyil. O qeyd edib ki, Ermənistanın ticarət əlaqələrinin 3/1 hissəsi Avropa İttifaqı ilə həyata keçirilir.
Jurnalistin Qarabağla bağlı verdiyi sual erməni nazirin xüsusilə xoşuna gəlməyib. O hətta jurnalisti Azərbaycan tərəfinin sözünü deməkdə ittiham edib. Bu zaman Nalbandyanın üzündə olan narahatlıq da diqqətdən qaçmayıb.
«Görünür, siz bu müsahibəyə yaxşı hazırlaşmısınız. Amma Qarabağla bağlı sualda həqiqətdən kənara çıxdınız. Burada ərazi mübahisəsi yox, insan hüquqları məsələsindən söhbət gedir. Azərbaycan tərəfi isə bunu ərazi mübahisəsi kimi təqdim edir. Siz də sualınızı hazırlayarkən Azərbaycan tərəfinin mənbələrindən istifadə etmisiniz», - deyə Nalbandyan bildirib.
Bundan sonra Nalbandyan suala ümumi cümlələrlə cavab verməyə çalışıb. Jurnalist isə ondan suala konkret cavab verməsini xahiş edib.
Daha sonra Nalbandyan Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən 5 şərtdən danışıb.
Qeyd olunan müsahibə sosial şəbəkələrdə paylaşılan zaman ermənilər özləri belə nazirlərinin suallara məntiqsiz və savadsız cavab verdiyini etiraf ediblər. (Femida.az)