3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
20:00 | 27 fevral 2017 | Bazar ertəsi
Məqaləyə 1257 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Ermənistan baş naziri Karen Karapetyanın ötən həftə Gürcüstana səfər etməsi və geri qayıdandan sonra Yuxarı Lars yoluna alternativ nəqliyyat dəhlizinin açılacağına dair bəyanat verməsi gürcü müxalifətini narahat edib.
Virtualaz.org xəbər verir ki, müxalif «Vahid Milli Hərəkat» partiyası Abxaziyadan keçən dəmir yolunun açılması barədə razılaşma əldə olunmasından şübhələnir. «Əgər Abxaziyadan keçən dəmir yolu açılarsa, hansı ki, buna əsaslı şübhələr var, bu, Gürcüstanın ərazi bütövlüyünün bərpasını, qaçqınların öz evlərinə qayıtmasını və separatçı rejimlərin tanınmaması siyasətini istisna edir», - partiyanın nümayəndəsi Nika Rurua bildirib.
Müxalif siyasətçi deyib ki, Ermənistan baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmir yolunun açılması barədə danışıqların getməsinə dair ciddi şübhələr yaranıb. Onun sözlərinə görə, şübhələri Karapetyanın İrəvana qayıdıb Yuxarı Larsa alternativ iqtisadi yolun açılacağına dair bəyanat verməsi də təsdiq edir.
«Abxaziyadan keçən dəmir yolunun açılması tamamilə yolverilməzdir. Bu, Gürcüstanın ərazi bütövlüyünə ölümcül yara vuracaq, qaçqınların qayıtmasını istisna edəcək, suverenliyin bərpasını qeyri-mümkün edəcək», - siyasətçi bildirib. O, əlavə edib ki, Abxaziyadan keçən dəmir yolunun açılması milli maraqlara qarşı açıq-aşkar xəyanət olardı və ancaq Rusiyanın, bir də separatçıların işinə yarayır. «Habelə bu, bizim Azərbaycanla münasibətlərimizi korlayacaq, Poti limanından yükdaşımaları azaldacaq və Gürcüstanın iqtisadi durumunu pisləşdirəcək», - Rurua deyib.
Gürcüstanın energetika naziri Kaxa Kaladze isə müxalifətin tənqidlərinə cavab olaraq deyib ki, Karapetyanla danışıqlarda Abxaziya dəmir yolunun açılması müzakirə olunmayıb. «Müxalifət yalan danışır. Hökumətin gündəliyində belə layihə yoxdur, danışıqlarda bu barədə söhbət getməyib», - nazir bildirib.
Xatırladaq ki, Ermənistan Rusiya ilə quru əlaqəsini ancaq Gürcüstanı Şimali Osetiya ilə birləşdirən Yuxarı Lars yolu ilə yarada bilir. Həmin yol isə yayda sel və daşqınlara, qışda qar-çovğuna görə tez-tez bağlanır. Ermənistanda alternativ yol tapmaq üçün neçə vaxtdır çarəsiz cəhdlər edirlər.