
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
Bütün məlumatlar sistemə daxil olacaq
Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
Sabah Bakıda 9 dərəcə isti olacaq
Zəif duman və çiskin də gözlənilir
Şaxta olacaq, qərb küləyi əsəcək
Yüksək ərazilərində qar örtüyü yaranacaq
Meşə təsərrüfatının illik statistikası açıqlandı
Nazirlik karxanalara tələblərini irəli sürdü
Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar
Hərarət 43 dərəcəyə çatacaq
“Temperatur 41 dərəcə olacaq”
Nazirlik xəbərdarlıq yaydı
Bakıda yağmursuz və küləkli hava olacaq
Mülayim cənub küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabaha (martın 4-nə) olan hava proqnozunu açıqlayıb. VAXT.AZ-a verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.