Paşinyan arvadı ilə barışdı
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
22:32 | 22 mart 2017 | Çərşənbə
Məqaləyə 1345 dəfə baxılıb
Şriftin ölçüsü
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
«Dağlıq Qarabağdakı «ordu»nun keçmiş komandanı, qondarma «DQR»-in sabiq «müdafiə naziri», general-leytenant Samvel Babayanın həbsi Ermənistandakı seçki bloklarını da hərəkətə gətirib. Martın 22-də «Oskanyan-Raffi-Ohanyan» bloku həbs edilən generalın müdafiəsinə qalxıb və bununla bağlı bəyanat yayıb.
Bəyanatda ölkənin təhlükəsizlik xidmətinin S.Babayanı «İqla» zenit-raket kompleksinin qaçaqmalçısı kimi günahlandırmasına etiraz ifadə olunur.
Müsavat.com erməni mediasına istinadən xəbər verir ki, blok həbs qərarını siyasi sifariş hesab edir. «Növbəti addım gözlənilirdi. «Oskanyan-Raffi-Ohanyan» blokuna qarşı Armavir vilayətinin Djrarat kəndində törədilən təxribat qorxu atmosferinin yaradılmasına və bizim fəaliyyətimizin məhdudlaşdırılmasına yönəlmişdi. Bu gün artıq yeni metoda əl atdılar»-bəyanatda deyilir. Qeyd olunur ki, son zamanlar hakimiyyətə yaxın mətbuatda S.Babayana qarşı təbliğat aparılıb.
Blok bəyan edir ki, həbslə bağlı atılan addım ölkədə qorxu mühitinin yaradılmasına və seçkilərin nəticələrinə qeyri-qanuni yollarla təsir göstərilməsinə hesablanıb. «Ohanyan-Raffi-Oskanyan» alyansı bildirib ki, bütün bunlara baxmayaraq, onlar təxribatlara yol vermək niyyətində deyil. «Bizim strukturlar, deputatlığa namizədlər və tərəfdarlarımız coşqu ilə işlərinə davam edirlər»-deyə, bəyan edən alyans beynəlxalq birliyə xitabən seçkiləri müşahidə üçün missiyalar göndərməyi, həmçinin diplomatik nümayəndəliklərin S.Babayanın həbsi ilə bağlı məsələyə diqqət ayırmağı xahiş edib. Eyni zamanda blok siyasi qüvvələri, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti təmsilçilərini, Dağlıq Qarabağdakı erməniləri və erməni diasporunu son hadisəyə adekvat qiymət verməyə çağırıb.
Yekunda seçki bloku ölkə ictimaiyyətini və hər bir vətəndaşı son hadisədən nəticə çıxarmağa, seçki prosesində fəal iştirak etməyə, 2 apreldə yeni hökumət formalaşdırmaq üçün dəyişikliklər uğrunda mübarizə aparmağa çağırıb.
Qeyd edək ki, S.Babayanın həbsi dolayısı ilə onun təmsil olunduğu «Oskanyan-Raffi-Ohanyan» blokunun da taleyini sual altında qoyur. Bu mənada seçki blokunun generalın həbsinə operativ və kəskin reaksiyası anlaşılandır. Ermənistanın əsas müxalif blokunun ölkə ictimaiyyətinə və Qarabağ ermənilərinə «aprel müharibəsi» ilə bağlı müraciəti «son döyüş» hazırlığı təsəvvürü də yaradır.