
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Təbriz Şəhər Şurasının üzvü Əli Fəxr Azər təmsil etdiyi şəhərin inkişafdan daha da geri qalacağı barədə xəbərdarlıq edib.
O, bu barədə Təbriz Seçki Mərkəzində növbəti Şura seçkilərinə öz namizədliyini irəli sürdüyü zaman jurnalistlərə danışıb.
«Təbriz şəhərində çoxlu çatışmayan işlər var. Bunu şablon bir söz kimi qəbul etməyin, bu şəhərin həqiqətən də problemləri çoxdur. Fikrimcə Bələdiyyə İdarəsi və digər yerli orqanlar düzgün idarəetmə üsuluna keçməlidirlər, əks halda şəhərimiz inkişafdan daha da geri qalacaq»- deyə o vurğulayıb.
Əli Fəxr Azər Şuradakı fəaliyyət dövrünə işarə edərək qeyd edib ki, «mən 4-cü Şuranın fəaliyyəti dövründə yalnız 6 ay iştirak etmişəm. Əgər Şura üzvlərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılma problemi olmasaydı, Şuranın fəaliyyətini nisbətən yaxşı qiymətləndirmək olardı».
Təbriz Şəhər Şurasının üzvü növbəti şura seçkilərinə namizəd olanlara da səslənib. «Ümid edirəm ki, Şəhər Şurası seçkilərinə namizəd olanların əsas məqsədi əhaliyə xidmət etmək və şəhəri abadlaşdırmaqdan ibarətdir. Seçkilər prosesinin də özünə aid əxlaqı var, onu da riayət etmək lazımdır. Əgər seçkilər qanuna uyğun və müsbət bir atmosferdə keçirilərsə, gələcək Şuranın uğurlu fəaliyyətinə şahid olacayıq», - deyə o əlavə edib.