Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:17 | 3 aprel 2017 | Bazar ertəsi
Məqaləyə 2224 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
«Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi». Bu sölər «Atlas» Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloqun fikrincə, 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. «Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən «Çiçəklənən Ermənistan» və «Daşnaksütun» partiyaları düşdülər».
E.Şahinoğlu «bu nəticələri necə dəyərləndirmək lazımdır?» sualına çıxış yolu kimi bir neçə variant irəli sürür.
«Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan «seçki yoluyla» hakimiyyətdən gedən deyil. Əlbəttə, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək. Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sərkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi. İndi də lazım gəlsə yenə vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz» deyən politoloq əminliyini ifadə edir.
«İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir...»
Sonda politoloq sözlərini «Ermənistan müxalifətini hakimiyyətə yalnız Azərbaycan ordusunun gücü gətirə bilər...» yarızarafarat, yarıciddi fikri ilə tamamlayır.
P.S. «Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bu yaxınlarda çapdan çıxan, 4 günlük aprel döyüşlərinə həsr olunan, özünün qələmə aldığı «Aprel atəş(kəs)i» kitabının bu gün təqdimatını keçirib. VAXT.AZ olaraq, bu münasibətlə politoloqa daha böyük uğurlar, bu kitabın silsilə halında davamı etməsi üçün isə Azərbaycan ordusuna daha böyük qələbələr arzu edirik.