
ŞÜŞƏ, ŞUŞA, ŞİİŞE
Öz dilimizdəki sözlərin yerinə niyə fars dilindəki kəlmələrdən istifadə edirik
Öz dilimizdəki sözlərin yerinə niyə fars dilindəki kəlmələrdən istifadə edirik
Bir kitabdan daha artığı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
Dilimizə təhlükə hansıdır ...
Yaxud sözün açığı, mən sizi başa düşmürəm!
Arxeoloqlar qədim yazını nəhayət oxuya bildi?
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
Bakıda təşvişə düşənlər kimlərdir?
Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsindən 25 il ötür.
VAXT.AZ xatırladır ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.