vaxtlı-vaxtında oxuyun! Cümə, 27 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0771 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3749 AZN
Türk lirəsi 1 TRY = 0.4159 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
23:16 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SOCAR-da korrupsiya qalmaqalı

İsgəndər Şirəliyev tresti ailə şirkətinə çevirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respubikası Dövlət Neft Şirkəıtinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks qazma işləri trestinə rəhbərlik edən İsgəndər Şirəliyev bu qurumu əsl ailə şirkətinə çevirib. Belə ki, trestin işçilərinin ixtisarı SOCAR rəhbərliyinin əmr və qərarlarına uyğun gəlmir, ədalət prinsipi kobud şəkildə pozulur, bütün məsələlər trest rəhbərliyinin qohumlarının və dostlarının xeyrinə həll olunur. SOCAR rəhbərliyinin hərəkətləri adi vətəndaşların narazılığına səbəb olur.

Bu barədə Kompleks qazma işləri trestindəki mənbələr məlumat verib.

«SOCAR-da təqaüd yaşına çatmış bütün şəxslər kompensasiya ödənilməklə işdən azad olunduqları bir vaxtda, trestimizdə İsgəndər Şirəliyevin təqaüd yaşı çoxdan ötmüş qohumu ildən ilə iş yerində qalmaqda davam edir. Bu adam neftçi deyil. Neft sahəsindən heç nə anlamır. Buna baxmayaraq, məxsusi olaraq onun üçün «müşavir» ştatı yaradılıb və bu ştat vahidi ixtisara düşmür.

Bundan başqa, SOCAR başçısının əmri ilə ali təhsili olmayan şəxslərin mühəndis-texniki vəzifələrə təyin edilməsi qadağan olunsa da, İ.Şirəliyevin adamları mühəndis vəzifələrində çalışırlar», - trestin işçilərindən biri deyir.

Onun sözlərinə görə, Trestin rəhbərliyi ARDNŞ-i maliyyə sahəsində də aldadır. Belə ki, guya yerinə yetirilmiş işlər barədə aktlar tərtib olunur və böyük məbləğdə pullar silinir. Sübut kimi mənbə bir neçə quyunun qazılması və onlara aparan yolların çəkilməsi haqqında aktların kserosurətlərini təqdim edib.

Bu aktlara görə, trest tərəfindən Lökbatanda 1533 və 1535 saylı, Buta məntəqəsində 1779 saylı, Cəfərli məntəqəsində isə 37 saylı quyular üçün meydançaların tikintisi üzrə işlər görülüb və həmin istifadədə olan quyulara yollar çəkilib. Trestdə işləyən şəxs iddia edir ki, bu aktlarda göstərilən məbləğlər həmin işlərə çəkilən real xərcləri 10 dəfə üstələyir.

Bu aktlarda həmçinin göstərilib ki, 1533 saylı quyuda işlərə 71500 manat, 1535 saylı quyuda işlərə 56864 manat, 37 saylı quyuda işlərə 45900 manat, 1779 saylı quyuda işlərə isə 49000 manat xərclənib. Beləliklə, meydançaların tikintisi və onlara aparan yolların salınması üçün cəmi 223 min manat vəsait sərf olunub.

«Bu sahədə uzun illər işləmiş mütəxəssis kimi deyə bilərəm ki, əslində həmin işlərə aktlarda göstərilən məbləğin cəmi 10 faizi xərclənib. Quyulara aparan yolların çəkilişi üzrə heç bir iş görülməyib – pulları, sadəcə olaraq, siliblər. Bütün aktları İsgəndər Şirəliyev imzalayıb. Mütəxəssis kimi o bilməyə bilməzdi ki, aktlarda göstərilən məbləğlər bu işlərə əslində sərf olunan məbləğləri əks etdirmir. Əminəm ki, ciddi və dəqiq yoxlama Kompleks qazma işləri trestində ciddi yeyinti hallarını üzə çıxara bilər», - mənbə deyir.

Onun sözlərinə görə, İsgəndər Şirəliyev Fətullah Gülən hərəkatı ilə bağlıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *