vaxtlı-vaxtında oxuyun! Bazar, 22 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:06 | 1 mart 2018 | Cümə axşamı Məqaləyə 1131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hörümçək toru» əməliyyatı

Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir; Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq bankdan «buxarlanmış» pulları axtarır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. Modern.az xəbər verir ki, bu haqda C. Hacıyevin vəkili Aqil Layıcov bildirib. Vəkil bildirib ki, müvəkkili artıq sərbəst hərəkət də edə bilmir: «Ötən həftə ailəsi ilə telefonla danışıb və bildirib ki, sərbəst hərəkət edə bilmir. Onun ürəyində ciddi problem yaranıb. Onun ürəyində Haşimato sindromu xəstəliyi aşkarlanıb. Cahangir Hacıyev bir neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır. Bu da çox təhlükəlidir».

Vəkil bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edib: «Müraciət etmişik ki, ya Cahangir Hacıyevi müayinə etmək üçün kənardan həkim-kardioloq gətirilsin, ya da müalicə müəssisəsinə köçürülsün».

Bir neçə milyardın ölkə xaricinə daşınması və Beynəlxalq Bankın talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın vaxtlarda yenidən istintaqa cəlb ediləcəyi barədə xəbərlər var. İddiaların nə dərəcədə ciddi olduğunu indilikdə söyləmək çətindir, çünki  Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq  haqda geniş ictimaiyyətə geniş məlumat verilmir. Bəzi hallarda isə bankdan «buxarlanmış» pullar qeyri-rəsmi üsullarla axtarılır, hətta bəzi iş adamları sorğu-suala çağırılır. Mənbə deyib ki, Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu «hörümçək toru»nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz.

Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan  Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı «MBA-Moskva» tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq «MBA-Moskva» bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki  Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki,  London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan «Sberbank» və «Franklin Templeton Investment Management Limited» şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, «Sberbank» və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.

Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq.

C.Hacıyevin, vəkilin dediyi kimi, səhhətində ciddi problemlər olsa da, ailəsi Londonda «kral ailəsi» kimi yaşayır. Xanımı və uşaqları Britaniya vətəndaşlığı alıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *