vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QƏZA, FACİƏ  
15:14 | 17 iyun 2018 | Bazar Məqaləyə 3154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pambıq sahəsində növbəti insident

Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Qida Təhlükəsizliyi Agentliyindən (QTA) Vaxt.az-a verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı QTA əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.