vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
21:09 | 18 iyun 2018 | Bazar ertəsi Məqaləyə 3401 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müğənnilərin toy qiymətləri

Restoranlarla sövdələşmə daha ucuz başa gəlir

MÖVZU İLƏ ƏLAQƏLİ

Müğənnilər Ramazan bayramından sonra yüksək qiymətlərlə toy bazarına start veriblər. Vaxt.az bildirir ki, 5-6 saatlıq toyu idarə etmək üçün toy sahibindən tələb olunan qonorar isə müğənniyə görə dəyişir.

Bəzi müğənnilər ilə Bakıda olmadıqları üçün telefonla əlaqə yaratdıq.

Lakin restoranlar gündəlik toylarda ifa etmək üçün müğənnilər ilə bağladıqları müqavilə əsasında onlara sözügedən məbləğləri vermirlər. Məsələn, müğənni Səməd Səmədov yarım saatlıq ifa üçün 500 manat aldığını desə də, restoran ilə müqavilə əsasında yarım saatı cəmi 100 manata oxuyur.

Bakıda yerləşən şadlıq saraylarından birində baş inzibatçı işləyən Ramiz Cavadov da bildirdi ki, toyda 2-3 mahnı ifa etməsi üçün hər müğənniyə 100- 400 manat arası pul verilir.

Ramiz Cavadov deyir ki, eyni gündə restoranın 4-5 zalında toy varsa, müğənni həmin məbləğə bütün zallarda oxumalıdır. xezerxeber.az