

Futbolu kiçildə-kiçildə özləri “böyüdülər”
Bəs 9 milyonçudan neçəsi yerlidir?
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
Bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa …
... Yaxud ofsayda düşən “CBC Sport”
Keçmiş FİFA referisi həmkarı Həmzəzadədən narazı qalıb
Qurbanov 3-2 hesablı qələbədən razı qalıb
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
Yeni transferlə, yeni hücumçu ilə...
Reynaldonun etirafı: “... Bəzi səhvlərim oldu”
“Bir klubdan daha böyük...”, yoxsa ...
... Yaxud qalib gəlmək mümkün idimi?!
“Qarabağ” Qarası təklif gözləyir ...
“Arsenal” qərar verdi, XİN isə reaksiya
Kimi alıb, kimi satdılar?
“Qarabağ”ın Qarayevindən ağır sözlər
“Zirə”nin baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
O, səfərdə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Əsas odu ki, birinci hissədə oynadığımız oyunu 90 dəqiqəyə yayaq. Görəcəyimiz işlər var. Hər şey yaxşılığa doğru gedir. Birinci hissə bu günə kimi oynadığımız oyunların ən yaxşılarından idi. İkinci hissədə bir az komanda “panika” yaşadı. Ancaq bu vəziyyətdən çıxa bildik.
– Uzun müddət idi ki, “Zirə” sonuncu pillədə idi. Bu gün “zirzəmi”dən qurtulduz. Üstünlüyü kuboka verəcəksiz, ya çempionata?
– Kuboka xeyli vaxt var. Sonuncu pillədə olmağımıza baxmayaraq, hədəfimiz Avroliqaya düşməkdi. Komandamız sonuncu pillədə olmağa layiq deyil. Əsas hədəfimiz Avroliqaya qatılmaqdı.
– Samir Abasovlu “Zirə” layihəsi nədir?
– “Zirə”nin baş məşqçisiyəm. Burda imkanlarım daha çoxdur. Əvvəlki oyunlarda 3 yerli futbolçu, 2 legioner zədəli olanda bilmirdik nə edək. Ancaq indi ehtiyatda əlavə futbolçularımız var.
– 8 komandadan hansı son pilləyə layiqdir?
– Bunu siz seçin. Mən deyə bilmərəm. Elə komandalar var ki, real gücünə görə nələrsə deyir, bəziləri də bəlkə də, aldadır. Nə yatıblar ki, nə yuxu görüblər? Yeni çıxan komandalarımız da var. “Zirə” yaranandan ancaq üst pillələrdə olub.
– Nə yatıblar ki, nə yuxu görüblər? dediz. Bunu “Sabah”a aid edirsinizmi?
– “Sabah” yeni yaranıb. Onlara bir şey demirəm. Sadəcə, yeni yaranan komandalar var. Heç 3-cü yeri görməyiblər. “Sabah” bizi udub, bununla öyünə də bilər.
– 64-cü dəqiqədə az qala Sadio Tounkaranı döyəcəkdiz. Ona nə üçün əsəbləşmişdiz?
– Belə şeylər olur.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək