vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:28 | 23 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara Bakı ilə əlaqələri genişləndirmək istəyir

“Müvəqqəti” sözünün dəyişdirilməsinə ehtiyac var ...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən həftə Ankarada oldum. Ankarada rəsmilərlə, diplomatlarla və siyasi ekspertlərlə görüşlərdə 3 suala cavab tapmağa çalışdım.

Birinci sual: Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq Suriyadan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə də keçə bilərmi?

İkinci sual: Türkiyə Azərbaycanda hərbi bazalar yarada bilərmi?

Üçüncü sual: Türkiyə ilə Azərbaycan arasında ittifaq dövlət və ya konfederasiyanın qurulması mümkündürmü?

 

Türkiyəli rəsmilər, diplomatlar və siyasi ekspertlər iki dövlət arasında strateji müttəfiqliyin gücləndirilməsini istəyirlər. Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir. Ankara bu məqsədlə Moskva ilə dialoqunda bu mövzuya toxunur. Ancaq hələ ki, Moskva Ankara ilə yalnız Suriya mövzusunu müzakirə etmək istəyir. Yəni Kreml Qarabağ məsələsini Ankara ilə müzakirəyə maraq göstərmir.

Buna baxmayaraq, Rusiya Türkiyəyə “S-400” raketlərini satdıqdan sonra bölgədə vəziyyət dəyişə bilər. Rusiya NATO dövləti olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir. Digər tərəfdən Rusiya Türkiyə üzərindən Avropaya qaz satmağa başlayacaq. Bundan sonra iki ölkə arasında tərəfdaşlıq artacaq və Moskva Ankaranın Qarabağla bağlı təkliflərini nəzərə almaq məcburiyyətində qalacaq. Odur ki, Moskva və Ankara Suriya problemini həll etdikdən sonra birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul ola bilərlər. Sadəcə, Moskva Ankara ilə Bakının bölgədə Rusiyanın maraqlarını nəzərə almasını istəyəcək. Yəni Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın və Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyəcək. Digər tərəfdən Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmasını da tələb edəcək. İndiki şərtlər daxilində bu mümkün deyil. Çünki Azərbaycanın təminatı yoxdur ki, Kremlin istədiyi bu iki təşkilata üzv olduqdan sonda işğala son qoyulacaq.

Türkiyə-Rusiya əməkdaşlığı Ermənistan hakimiyyətini və Dağlıq Qarabağdakı separatçıları narahat edir. Onlar hesab edirlər ki, Ankara Moskvanın Ermənistan hakimiyyətinə təzyiqə inandıra bilər. Erməni separatçıları isə Kremlin təzyiqi altında işğal etdikləri torpaqları azad etmək istəmirlər. Ermənistanı hələ ki, bu təhlükə gözləmir. Çünki, Rusiyadakı siyasi və hərbi mərkəzlər də hələ ki, Azərbaycanın ərazi bütövlüyünün təminatında maraqlı deyillər. Onların fikrincə, Dağlıq Qarabağ problemini həll edən Azərbaycan Rusiyanın təsirindən çıxıb Qərb ölkələri ilə sıx əməkdaşlığa üstünlük verəcək. Ona görə də Rusiyadakı mərkəzlər Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsini istəmirlər. Belə olan halda Azərbaycan Türkiyə ilə müttəfiq əlaqələrini daha üst səviyyəyə qaldırmalıdır.

Ankarada Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılmasını və Azərbaycanla ittifaq yaradılmasını geniş müzakirə etmirlər. Ancaq türkiyəli rəsmilər və diplomatlar bunu da deyirlər: “Əgər rəsmi Bakı Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini istəyirsə və Türkiyə ilə daha sıx əlaqələr qurmaq istəyirsə, biz bunun əleyhinə deyilik”. Yəni Ankara Bakının təklif və təşəbbüslərinə açıqdır. Məsələn Türkiyənin Qətər dövlətində hərbi bazasının yaradılması təşəbbüsünü vaxtilə Doxa irəli sürmüşdü. Ankara bu təklifi müsbət qarşıladı və Türkiyə NATO dövləti olmasına baxmayaraq Qətərdə hərbi baza yaratdı.

Qətərdə həm ABŞ-ın, həm də Türkiyənin hərbi bazaları var. Bu yolla Qətər öz təhlükəsizliyini təmin edib. Əgər bu hərbi bazalar olmasaydı, Səudiyyə Ərəbistanı Qətərə qarşı hərbi təzyiq mexanizmlərini hərəkətə gətirərdi. Qətərdə Türkiyə və ABŞ hərbi bazalarının varlığı bu ölkənin təhlükəsizliyinin təminatıdır. Azərbaycanın hərbi doktrinasında belə bir bənd var: “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Göründüyü kimi, Azərbaycan parlamentinin qəbul etdiyi hərbi doktrina xarici hərbi bazanın varlığını istisna etmir, sadəcə “hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə” hərbi bazaya müvəqqəti icazə verilir. Hərbi-siyasi şərait Azərbaycanın əleyhinə torpaqlarımız işğal olunanda, Rusiya Ermənistanda hərbi bazalarına yeni hərbi texnika göndərəndə dəyişib. Ona görə elə bu bəndi əsas tutaraq da Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına şərait yaratmaq olar. Ancaq “müvəqqəti” sözünün dəyişdirilməsinə ehtiyac var. Hərbi doktrinadakı həmin bəndi korrektə etmək parlamentin əlindədir. Həmin bənd bu şəkildə dəyişdirilməlidir ki, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinə imkan versin. Qətərlə Türkiyə arasında hərbi bazanın yaradılmasıyla bağlı saziş 2014-cü ildə imazalanıb, 3 il sonra baza qurulub. Yəni Azərbaycan parlamenti hərbi doktrinada düzəliş etdikdən sonra danışıqlar prosesinə başlamaq olar. Bakı ilə Ankara arasında başlanacaq danışıqlar işğalçı Ermənistan və onun arxasındakı güclərə ciddi mesaj mahiyyəti daşıyacaq.

Ermənistanın özü də ona görə ərazisində Rusiya hərbi bazalarını saxlayır ki, Azərbaycan və Türkiyə istiqamətindən təhlükəsizliyi təmin etsin. Rusiya bazaları Ermənistanı Azərbaycandan və Türkiyədən qoruyur. Əgər Qətər və Ermənistan bu siyasətdən istifadə ediblərsə, mürəkkəb bölgədə yerləşən Azərbaycan da eyni siyasəti həyata keçirə bilər. Bölgədə Rusiya-Belarus ittifaq dövləti modeli də var. Əlbəttə, bu modelin qüsurları var. Məsələn Belarus prezidenti Rusiya bazarından daha rahat istifadə edilməsini istəyir və zaman-zaman Moskvanın siyasətini tənqid edir. Buna baxmayaraq, ittifaq çərçivəsində bir çox məsələlər koordinasiya edilir.

Türkiyə-Azərbaycan hərbi və siyasi ittifaqının mövcudluğu Rusiyadakı siyasi və hərbi mərkəzlərin Azərbaycana təzyiqlərini azalda bilər. Digər tərəfdən Türkiyə-Azərbaycan ittifaqı Ankaranı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha fəal məşğul olmağa şərait yaradacaq. Əlbəttə, ittifaq zamanı müəyyən suallar da yarana bilər. Məsələn, Türkiyədən fərqli olaraq Azərbaycanın həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə sıx münasibətləri var. Çünki bu münasibətlərin əsasında da Azərbaycanın təhlükəsizlik məsələləri dayanıb. Odur ki, ittifaq müəyyən koordiansiyanı diqtə edir. Ancaq ittifaqda Azərbaycanın fərqli xarici siyasəti Türkiyənin də xeyrinədir. Məsələn, Türkiyə Azərbaycandan faydalanmaqla münasibətləri gərgin olan dövlətlərlə dialoq imkanlarını açıq saxlaya bilər. Tərsi də mümkündür. Elə ölkələr də var ki, Azərbaycan Türkiyənin imkanlarından faydalana bilər.

Azərbaycan rəsmiləri də hər dəfə vurğulayırlar ki, “məsələ yalnız Ermənistanla bağlı olsaydı, Azərbaycan Dağlıq Qarabağ problemini çoxdan həll edərdi”. Bu o deməkdir ki, Azərbaycan güc yolu ilə torpaqları azad edə bilərdi. Ancaq Ermənistana Rusiya açıq-aşkar dəstək verir. Bu baxımdan Azərbaycan da eyni strategiyadan çıxış etməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın təhlükəsizliyinin artırılması məqsədilə Türkiyə ilə siyasi və hərbi ittifaqın gücləndirilməsi müzakirələri başlamalaıdır. Türkiyə-Azərbaycan ittifaqı Mərkəzi Asiya ölkələrini Azərbaycanla və Türkiyə ilə daha sıx əməkdaşlığa sövq edəcək. Bu həm Azərbaycanın, həm də Türkiyənin də xeyrinədir.

“Atlas” Araşdırmalar Mərkəzi


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)