vaxtlı-vaxtında oxuyun! Şənbə, 8 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
11:22 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«250 km/saatlıq hoqqa»

Aeroport yolunda qudurğanlıq - «Bir, iki, üç» (Video)

MÖVZU İLƏ ƏLAQƏLİ

«Facebook» sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şosesindəki yarışması geniş müzakirə olunur.

Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və Cadilac CTS-V Hennessey-dir.

Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobud qayda pozuntusudur. Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır.

Virtualaz.org bildirir ki, day.az saytı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. 

«Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şosesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək», - V.Əsədov bildirib.

Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb.

«Yollarda hətta radarların olduğu barədə nişan da var. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar» - o qeyd edib.

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *