vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
17:39 | 17 mart 2015 | Çərşənbə axşamı Məqaləyə 1776 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ləzgi» məscidinin imamı həbs olundu

MTN radikallara qarşı daha bir əməliyyat keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Bakıda radikallara qarşı daha bir məxfi əməliyyat keçirib. Virtualaz.org saytı dini etiqad azadlıqlarının monitorinqi üzrə ixtisaslaşmış Norveç təşkilatı «Forum-18»-ə istinadən xəbər verir ki, təxminən fevralın sonlarında-martın əvvəllərində İçərişəhərdəki Aşurbəy - «Ləzgi» məscidinin imamı Mübariz Qarayev də daxil olmaqla 5 vəhhabi saxlanılıb.

Məlumata görə, onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin MTN bu həbs əməliyyatına dair hər hansı şərh verməkdən imtina edib. Bununla belə təşkilata məlum olub ki, saxlanılanlara qarşı qadağan olunmuş dini ədəbiyyat yaymaq ittihamı irəli sürülüb.

Virtualaz.org saytı istisna etmir ki, Mübariz Qarayev və digərləri həmçinin radikalların İŞİD sıralarında döyüşməyə göndərilməsini təşkil etmək ittihamı ilə üzləşə bilərlər. Çünki neçə vaxtdır söhbətlər gedirdi ki, Azərbaycandan İŞİD sıralarına qoşulanların bir çoxu məhz «Ləzgi» məscidi icmasının üzvləri olublar.

»Forum-18» qeyd edir ki, saxlanılanların ailə üzvləri danışmağa da qorxurlar və yaxınlarının həbsinə dair hər hansı məlumat verməyiblər.

Qeyd edək ki, İçərişəhərdəki «Ləzgi» məscidi ölkədə radikal dini cərəyanları təbliğ etdiyinə görə hökumətin hədəfində idi. Bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli "Ləzgi" məscidinin qapadılmasını təklif edib.

S.Məmmədli bildirib ki, ölkə daxilində sabitliyi pozmağa çalışan xüsusi radikal qruplar var: "Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir".

Həmçinin «Əbu Bəkr» məscidinin imamı Qamət Süleymanov ötən ilin yanvarında bəyan etmişdi ki, Mübariz Qarayev və Əlixan Musayev xəvariclərə qoşulub və Azərbaycanda radikalizmi təbliğ edir.

Əlixan Musayev Azərbaycanda xəvariclərin lideri kimi tanınır və onun adı Azərbaycandan Suriyaya adamların göndərilməsini təşkil etməkdə hallanıb. Əlixan Musayev və Mübariz Qarayev qohumdurlar, xalaoğullarıdır və yerli mətbuatda yer alan iddialara görə, Suriya və İraqda, İŞİD, «əl-Nüsra Cəbhəsi» və digər radikal qruplaşmaların tərkibində döyüşən azərbaycanlıların əksəriyyəti onların müridləridir.

«Forum 18» Mübariz Qarayev və digərlərinin həbsinə dair şərh almaq üçün MTN-in mətbuat xidmətinə zəng vurub. Mətbuat xidmətindən adını açıqlamaqdan imtina edən rəsmi 6 vəhabinin və iki Yehova şahidinin həbsinin onlarla əlaqəsinin olmadığını, bütün sualların Baş prokurorluğa ünvanlanmalı olduğunu deyərək dəstəyi asıb.

Baş prokurorluğun, habelə Səbail rayon prokurorluğunun ofisində isə telefon zənglərinə cavab verməyiblər.

«Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva da sualları cavabsız qoyub»-«Forum 18» bildirir.

***

«Forum 18» onu da bildirir ki, Mübariz Qarayev də daxil olmaqla həbs edilən vəhabilər Dini qurumlar üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin Bakıda dini kitablar satan «Burhan» mağazasında keçirdiyi reydlərdən sonra həbs edilib. Bu beş nəfərin dostları iddia edir ki, bütün kitablar Komitədən ilkin razılıq alınmaqla ölkəyə gətirilmişdi. Reydlərdən sonra mağaza bağlanmayıb.

«Ləzgi» məscidinin imamı M.Qarayev həmin kitab mağazasında da işləyir. Dostlarının dediyinə görə, onu birinci dəfə MTN-ə yanvar ayında, cümə günlərinin birində çağırıblar. Ancaq müəyyən müddət saxladıqdan sonra buraxıblar. M.Qarayev və digər vəhabilər-Həbibulla Ömərov, Səlim (familiyası məlum deyil) və Eyvaz (familiyası məlum deyil) fevralın 24-də yenidən MTN-ə çağrılıblar. Orada onları saxlayıblar və iki gün sonra məhkəməyə çıxarıblar. Fevralın 26-da Səbail rayon məhkəməsi saxlanılanların barəsində 3 aylıq həbq qətimkan tədbiri seçib. Hazırda onlar MTN-in təcridxanasında saxlanılır. Daha bir radikal dindar-Azad Qafarov isə fevralın 26-da MTN-ə çağrılıb. Fevralın 28-də Səbail rayon məhkəməsi onun da barəsində həbs qətimkan tədbiri seçib.

Səbail rayon məhkəməsinin dəftərxanasından bu şəxslər üzərində məhkəmə prosesinə dair «Forum 18»-in suallarını cavablandırmaqdan imtina ediblər.

Saxlanılanlardan Ömərov və Qafarov Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsi (qadağan olunmuş dini ədəbiyyat yaymaq), M.Qarayev, Səlim və Eyvaz isə 167-2.1 maddəsi ilə ittiham olunurlar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *