vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:09 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Güclü külək olacaq»

Soyuq hava şəraiti 2-3 gün davam edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hazırda Azərbaycan ərazisində cənub-qərb və cənub-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu normadan istidir».

Bunu «Report»a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, hava şəraiti normadan isti olanda alçaq təzyiq sahəsi əmələ gəlir: «Belə halda soyuq hava kütlələrinin ölkə ərazisinə gəlmə ehtimalı çoxalır».

Mütəxəssis qeyd edib ki, sabahdan etibarən Azərbaycan ərazisinə şimal, şimal-şərq və şimal-qərb hava kütlələrinin gəlməsi gözlənilir: «Bu hava kütlələri əraziyə daxil olanda temperatur bir qədər aşağı düşür. Yəni növbəti iki gün ərzində ölkədə güclü küləyin müşahidə olunması gözlənilir. Bu, dekabr ayı üçün gözlənilməz hal deyil».

M.Həsənovun sözlərinə görə, ölkə ərazisində soyuq hava şəraiti maksimum 2-3 gün davam edə bilər: «Bir neçə gündən sonra havanın temperaturu yenidən mülayimləşəcək. Artıq Azərbaycanda cənub qərb küləyi yerini şimal şərq küləyinə verir. Bu gündən etibarən güclənən şimal-şərq küləyinin, dekabr ayının 16-da sürətinin azalacağı gözlənilir».

O qeyd edib ki, qışda soyuq hava kütlələinin müşahidə olunması torpaqda olan zərərverici həşəratların müəyyən qədərinin məhv olmasına gətirib çıxarır.