vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:45 | 11 may 2017 | Cümə axşamı Məqaləyə 2668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xəstəyəm, gələ bilmirdim...»

Cahangir Hacıyev: «Təcridxana rəisi çağırıb dedi ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev və digərlərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə davam edib.

Virtualaz.org-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.

«İntersecurity»nin rəhbəri İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Cahangir Hacıyevin vəkilləri isə məhkəmənin təxirə salınmasını istəyiblər. Sabiq bank rəhbəri özü də deyib ki, bu gün sağlıq durumuna görə məhkəməyə gələ bilmirmiş, amma istintaq təcridxanasının rəis müavini onu çağırıb və məhkəməyə getməsini istəyib. Bundan sonra o, məhkəməyə gətirilib.

Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində həmin şəxslərin apelyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. İlkin baxış iclasında vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

Onu da xatırladaq ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.