Uşaqları çox təmiz saxlamaq təhlükəlidir?
Alimlər deyir ki, palçığın içində oynayan uşağın dərhal əl-üzünü yumağa tələsmək lazım deyil
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avstraliyada 14+ qadağası
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
-
“20 milyon qız itkin düşüb”
Çinin tək uşaq siyasətindən imtinası nə dərəcədə təsirli oldu?
-
Ata olan kişilərin beyni dəyişir
Boz maddədə büzülmə müşahidə edilir
-
Milyonluq təşviq
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
-
Təbiətlə əlaqə tələbi
Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir
-
Məmnun olmayan, sevinə bilməyən gənclik...
Duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik
-
Rusiya demoqrafiyası “əriyir”
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
-
Körpələrdə “çöp mifi”
Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
-
Duman
(hekayə)
-
Körpə yuxusu necə olmalıdır?
Miflər və faktlar ...
-
Hamiləlik tarix olur
Körpələrin ana bətnindən kənarda böyüyə biləcəyi “Süni Uşaqlıq”
-
Körpələri gözləyən gizli təhlükə
İnfeksiyadan uzaq saxlayın
-
Valideynlər, DİQQƏT!
Uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
-
Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
İsti suyla bağlı yeni təlimatlar
Hamilə qadınlara vanna, sauna və cakuzzi olarmı?
«The İndependent» yazır ki, bəzi valideynlərin öz uşaqlarını həddindən artıq təmiz saxlaması onların sağlamlığına xeyirdən çox ziyan gətirir. Məqalədə tanınmış mikrobioloqa istinadən deyilir ki, əksər valideynlər uşaqların çirkli mühitdə olmasının faydasını başa düşmürlər.
Professor Cek Qilbert (Jack Gilbert) bildirib ki, uşaqların mikroblarla daha çox təmasda olması onların müdafiə immun sisteminin daha güclü olmasına kömək edir.
Professor bu mövzuda hətta kitab da yazıb: «Çirk yaxşıdır: Mikrobların uşağınızın immun sisteminin möhkəmləndirilməsindəki rolu».
«Valideynlərin çoxu elə bilir ki, mikrobların hamısı ziyanlıdır. Bu doğru fikir deyildir. Mikrobların əksəriyyəti uşaqların immun sisteminin möhkəmliyinə xidmət edir» – Qilbert «The İndependent» qəzetinə deyib.
Çikaqo Universiteti Mikrobiom Mərkəzinin direktoru professor Qilbert bildirib ki, bəzən valideynlər uşaqların yaşadığı mühiti həddən artıq sterilləşdirirlər. Alimin fikrincə, bağçada palçığın içində oynayan uşağın dərhal əl-üzünü yumağa tələsmək lazım deyil.
Qilbert deyir ki, mikroblara görə uşaqların heyvanlarla oynamasının da qarşısı alınmamalıdır. Onun fikrincə, məsələn itin uşağın üzünü yalaması onun immun sisteminə töhfə verir.
Alim bildirir ki, hazırda bizim evlərimiz müxtəlif təmizləyici vasitələrin sayəsində son dərəcə təmizdir.
Professor Qilbert bunu da vurğulayır ki, adi sabun dezinfeksiya vasitələrindən daha məsləhətlidir. Qilbertin fikrincə, müasir evlərin sanitariya baxımından çox təmiz olması uşaqların immun sisteminin zəifliyinə səbəb olub.
«The İndependent» yazır ki, professor Qilbert bu nəticəyə elə-belə gəlməyib. O, dini icma olan amişlərin uşaqlarının immun sisteminə dair elmi araşdırmalarının nəticələrini 2016-cı ildə dərc etdirib.
Məsələ burasındadır ki, Amerikada yaşayan bu dini icmanın uşaqlarında astmaya qarşı güclü müqavimət olur.
Alim bu nəticəyə gəlmişdi ki, buna səbəb amiş uşaqlarının «mikroblarla zəngin» fermalarda yaşamasıdır.
Qilbert bu nəticəyə gəlib ki, bizim əcdadlarımız öz immun sistemlərini kütləvi mikrob təmasları ilə gücləndirirdilər.
İndi ətraf mühitdə belə bol mikrob məkanları olmadığından insan ən sadə allergenlərin qarşısında belə aciz qalır.
Professor deyir ki, «beş saniyə» konsepsiyası kökündən yanlışdır. Bu konsepsiyaya görə, yerə düşən yağlı çörəyi beş saniyədən sonra artıq yemək olmaz, belə ki, bu cür buterbrodun üzərinə çox sayda mikrob toplaşır.
Alim bildirir ki, belə prinsip buterbrodun düşdüyü yer son dərəcə təhlükəli mikrobların cəmləşdiyi məkan olduqda keçərlidir. Lakin professor qeyd edir ki, belə patogen zonalar müasir həyatımızda çox az tapılır.
İsveçdə 300 min uşaq arasında aparılmış müşahidələr göstərib ki, yerə düşən əmziyi yuyulmadan ağzına aparan uşaqlarda allergiyalar əhəmiyyətli dərəcədə az olub.
Alim xəbərdarlıq edir ki, mənzilinizin xəstəxanasayağı sterilləşdirilməsi, uşaqları reallıqda xəstə edə bilər.