vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
OLAY  
10:10 | 23 sentyabr 2017 | Şənbə Məqaləyə 3576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hüquq müdafiəçilərindən gecə zəngi

İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən ReAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb. Bu barədə virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.

Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri virtualaz.org-a bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.

Qeyd edək ki, İ.Məmmədovun azad olunması haqda xəbər verən hüquq müdafiəçilərinin məlumatına görə, Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq niyyətindədir və məhbusun azad olunmasını tələb edir.

Xatırladaq ki, Ağır Cinayətlər üzrə Şəki Məhkəməsi 17 mart 2013-cü ildə İsmayıllıdakı məlum qarışıqlıqların təşkilinə və orada iştirakına görə 18 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il həbs cəzası alıb.

Beynəlxalq təşkilatlar, həmçinin ABŞ hökuməti və Avropa Birliyi İ.Məmmədovun azad olmasında təkid edirlər. Müvafiq qərar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul edilib.