
Məhəmməd, Sofiya və Nuh
Berlində körpələrə ən çox qoyulan adlar açıqlanıb
Berlində körpələrə ən çox qoyulan adlar açıqlanıb
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İlk dəfə ana olanların yaşı artır
Ən yüksək ölüm nisbəti olan bölgələrdə əsas problem sosial bərabərsizlikdir
“Ekran asılılığı səbəbiylə danışa bilməyən 3 yaşlı uşaqlar var”
Fransa uşaq tələfi statistikasında Avropanın ən pisləri sırasında
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
“Onları çamadan kimi xarici ölkələrə göndəriblər”
“Lamborghini” və “Silver Cross”un birgə istehsalı göz oxşayan dizaynda, 500 ədəd, əl yandıran qiymətə ...
4 yaşlı uşağın polisə zənginin səbəbi qəhqəhələrlə qarşılanıb
Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Çinin tək uşaq siyasətindən imtinası nə dərəcədə təsirli oldu?
Boz maddədə büzülmə müşahidə edilir
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
Alimlər uşaqsalmanın qarşısını almaq üçün hamilə qadınlara, hamiləliyin son 3 ayında yan üstə yatmaqlarını məsləhət görüb.
1000 qadın üzərində aparılan araşdırmanın nəticələrinə görə, hamiləliyin son 3 ayında kürəyi üstə yatmaq uşaqsalma ehtimalını iki dəfə artırır.
«British Journal of Obstetrics and Gynaecology» jurnalında dərc edilən araşdırmada 735 doğum keçirən və 291 uşaqsalan qadın üzərində müşahidə aparılıb.
Bir qədər əvvəl Yeni Zelandiya və Avstraliyada keçirilən kiçik miqyaslı araşdırma zamanı da belə bir nəticə əldə edilmişdi.
Alimlərin fikrincə, ən mühüm amil, qadının yuxuya getdiyi vəziyyətdir.
Buna görə də, kürəyi üstə oyanan qadınların narahat olmasına ehtiyac yoxdur.
«Yuxuya getdikləri ilk vəziyyət əhəmiyyətlidir»
Araşdırma heyətinin başçısı «Manchester St. Mary» Xəstəxanasının Ölü Doğulmalar Araşdırma Mərkəzinin professoru Aleksandr Hizell (Alexander Heazell) gün ərzindəki qısa müddətli yuxu zamanı belə hamilə qadınlara yan üstə yatmağı tövsiyə edir:
«Qadınlar yan üstə yuxuya getdikdən sonra kürəyi üstə oyanırsa «Aman, körpəmə çox pis bir şey etdim» deyə narahat olmalarına ehtiyac yoxdur».
«Araşdırmada iştirak edən qadınların gecə boyu hansı vəziyyətdə yatdıqlarını deyil, hansı vəziyyətdə yuxuya getdiklərini nəzərdən keçirdik.
Yuxu zamanı ən çox vaxt ilk vəziyyətdə keçirildiyi üçün ən əhəmiyyətli vəziyyət də odur».
«Hansı vəziyyətdə oyandığınızı dəyişdirə bilməzsiniz, amma hansı vəziyyətdə yuxuya getdiyinizi dəyişdirə bilərsiniz».
Britaniyada hər 225 hamiləlikdən biri uşaqsalma ilə nəticələnir. Alimlərin fikrincə, bu məsləhətlərə əməl etməklə ümumilikdə ölkədə 130 körpənin həyatını xilas etmək olar.
Yan üstə yatmaq üçün məsləhətlər
Arxanıza bir yastıq qoyaraq yuxuda olan zaman dönmək ehtimalını azaldın.
Gecə oyansanız vəziyyətinizi nəzərdən keçirin və yan üstə yatın.
Gündüz yatan zaman da bu qaydalara diqqət yetirin.
Gecə kürəyi üstə oyansanız təşvişə düşməyin, yan tərəfə dönməyiniz kifayətdir.
Araşdırmaya görə, sağa və ya sola doğru yatmaq arasında heç bir fərq yoxdur.
Alimlər kürəyi üstə yatmağın niyə uşaqsalma riskini artırdığı barədə dəqiq məlumatlar əldə etməyib.
Lakin kürəyi üstə yatan zaman körpələrin ağırlığını ananın bədəninə salması səbəbiylə damarlardakı qan dövranının və dolayısı ilə körpəyə oksigenin axınının azaldığını göstərən çoxlu sayda məlumatlar var.
Araşdırmanı dərc etmiş jurnalın nümayəndəsi Edvard Morris (Edward Morris) bunun çox faydalı bir tədqiqat olduğunu hesab edir.
«Bu çox əhəmiyyətli araşdırmadır. Çünki qadınların uşaqsalma ehtimalının azalmasına imkan verir».