“Bunu bizə deməzlər axı”
Vaqif Sadıqov Elxan Məmmədova qarşıdır?!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Yanvar bitir, Avro-2020-nin seçmə mərhələsi qapıdadır, amma milli komandamızın yeni baş məşqçisi hələ də bəlli deyil. AFFA çox gecikib və buna görə kimsə cavab verməlidir. Namizədlərin müəyyənləşdirilməsinin tapşırıldığı katiblik hər hansı açıqlama vermir, bu isə təşvişi bir qədər də artırır.
Vəziyyət o həddə çatıb ki, artıq Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da dilə gəlib. Onun sport7.az-a açıqlamasından narahat olduğu görünür. Və sabiq məşqçi buna görə hədəf göstərir, günahkar axtarır: “Millinin baş məşqçisi ilə bağlı yenilik yoxdur. Deyə bilmərəm düyün nöqtəsi nədir. Onu bu işlə məşğul olan adamlar bilər. Həmişə demişəm ki, bu ayın sonuna qədər nöqtə qoyulsun. Biz də bilək ki, yeni baş məşqçi kimdir. Çünki çempionat başlayır. Oyunları da izləmək lazımdı. İndi komandalar Antalyadadır. Yanvarda təyinat olarsa, fevralda oyunları izləmək lazımdı. Daha sonra yığmanın oyunlarına hazırlıq başlamalıdır. Siz də, biz də, hamımız bunu başa düşürük. Namizədlər həmişə var. Tapşırıq verilibsə, hansısa namizədlərlə danışıq aparılması normal haldır. Amma kimdir, nəçidir - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı. Ona görə bu dəfə də səbr edək. Nə edək, vəziyyət belədir. Heç olmasa, yanvarın sonuna qədər cizgilər açılmalıdır. Peşəkar yanaşsaq, çempionat başlayır. İlk oyunda yeni baş məşqçi olmalıdır. Düzdü, yanvar ayında yeni baş məşqçi Antalyada komandalarla tanış olmalı idi. Amma alınmayıbsa, ən azı fasilədən sonrakı ilk turda oyunlara baxmalıdır. İnşallah ayın sonuna qədər xəbər çıxar. Daha sonra müzakirə edərik".
Sadıqov faktiki öz yaxasını kənara çəkir və “Onu bu işlə məşğul olan adamlar bilər” deyir. Birbaşa katibliyi, baş katib Elxan Məmmədovu nişan verir. Ardınca ən doğrusunu deyərək, təyinatın gecikməsinin fəsadlarını sadalayır. Bircə onu demir ki, bizi bu problemlər gözləyir və yeganə günahkar da Elxan Məmmədovdur.
Vaqif bəy özünün nüfuzsuz, rəhbərlik etdiyi qurumun isə qondarma olduğunu da etiraf edir: “Amma kimdir, nəçidir - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı”. Təkcə bu sitat utanmaq üçün kifayət etməlidir. Yəni Sadıqov daxil olmaqla, ölkənin təcrübəli məşqçilərinin yığışdığı komitə millinin baş məşqçi postuna namizədləri bilmək səlahiyyətində deyil. Onlar uzaqbaşı aşağı yaş qruplarından olan millilərə təklif olunanlarla bağlı hansısa müzakirədə iştirak edə bilərlər. Necə ki, Milan Obradoviçin U-21-ə təyinatı birbaşa Məşqçilər Komitəsinin adı ilə bağlandı.
Əsas milli komanda ilə bağlı vəziyyət isə fərqlidi və Sadıqov yeni gələnin onsuz da uğursuz olacağını bildiyindən bu açıqlama ilə həm də özünü sığortalayır. O, namizədlərdən xəbərinin olmadığını deməklə məsuliyyəti katibliyin boynuna qoyur ki, sabah nəticələr pis olanda da özlərindən hesabat istəyən olmasın. Vaqif bəy açıq kartla öz oyununu oynayır və özünü qoruyur.
Sadıqovun dediklərində yalan yoxdur. Həqiqətən də məşqçi seçimində ciddi yubanma var. Səbəbləri bilmirik, yəqin AFFA buna aydınlıq gətirər. Lakin Vaqif bəyin susqun qalmayıb, açıq danışması özü maraqlıdır. Həmişə Elxan Məmmədovun istədiyi vaxtda və istədiyi tərzdə açıqlama verməsinə öyrəşdiyimiz sədrdə bu cəsarət hardandır? AFFA susursa, danışıqlar davam edirsə, Vaqif bəy də assosiasiyanın bir qurumunun rəhbəri kimi danışmamalıydı, yox, danışmağa başlayıbsa, deməli, katiblikdən o da narazıdır.
Tezliklə İsgəndər Cavadov, Rauf Əliyev də danışacaq. Lazım olanda ağaların istədiyi kimi, ağaların işi çətinə düşəndə özləri bildiyi formada danışan bu üçlük elə bu məharətləri sayəsində daim iş başında olublar. Zirvədə olana tərif deməyi, büdrəyənə, ayağı azacıq dolaşana badalaq vurmağı vərdiş edənlər buna görədir ki, AFFA-ya kimin rəhbərlik etməsindən asılı olmayaraq, daim vəzifədə qalıblar. İndi milli ilə bağlı problemli vəziyyətdir və Sadıqov özünü ifşa etməyə başladı...
FƏRİD
P.S.: Bir neçə gün öncə həmin Sadıqov bəyan etmişdi ki, U-16, U-18 və U-20 milliləri ləğv olunacaq. Dünən isə AFFA-nın mətbuat katibi Firuz Abdulla matcha.az-da bu xəbəri yalanlayıb. Vaqif bəy ya təxribatla məşğuldur, ya da həqiqətən komitədə yalnız maaş almaq üçün əyləşib, heç nədən xəbəri yoxdur.