“Yurçeviç istəsə, təklif edəcəyik”
Vaqif Sadıqov: “AFFA rəhbərliyi üçüncü kateqoriyanı seçdi”
Səbuhi NƏRİMANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
AFFA-nın Məşqçilər Komitəsi (MK) yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçlə hələ ki, görüşməyib. Yığmaya təyinatının artıq 3 gündü rəsmiləşməsinə baxmayaraq xorvatiyalı mütəxəssis hələ ki, Məşqçilər Komitəsi ilə görüşməyi lazım bilmir. Bəs bu gecikmənin səbəbi nədi? Ümumiyyətlə, Yurçeviç yığmamıza nə verə bilər? Bu və ya bir sıra suallarımıza cavab almaq üçün MK-nın sədri Vaqif Sadıqovla danışdıq.
Vaqif bəy açıqlamasında bunları söylədi:
- Hələ görüş baş tutmayıb. Bunun nə vaxt olacağına dair heç nə deyilməyib. Onun da plandan xəbəri olmalıdı. Məncə görüş bu yaxınlarda istər-istəməz baş tutmalıdı. Təyinatı olub, yəqin ki, bizə də təqdim ediləcək.
- Yurçeviçlə görüşdə hansı təklifləri irəli sürəcəksiz?
- Məncə ilk növbədə tanışlıq xarakterli olacaq. Daha sonra o planlarını açıqlasın ki, nə etmək istəyir. Baxaq görək necə siyahı hazırlayacaq, kimləri dəvət edəcək və hansı oyun üslubuna üstünlük verəcək? Bundan sonra müzakirələr apara bilərik. Hazırda Yurçeviç Bakıdadı. İcraiyyə Komitəsində namizədlərin adı sadalananda, Yurçeviç o insanlardan idi ki, Bakıda yaşamağın, futbolumuzla yaxından tanışlığın tərəfdarı olub. Bəzi namizədlər vardı ki, Bakıda qalmayacaqlarını deyirdilər. Onlar da istər-istəməz siyahıdan çıxarılırdılar. Sonda Yurçeviçlə müqavilə bağlandı.
- Ciddi uğurları olmayan Yurçeviçin təyinatı birmənalı qarşılanmadı. Bəs Vaqif bəy bu seçimlə bağlı nə düşünür?
- İstər-istəməz belədir. AFFA rəhbərliyi 3 kateqoriya üzrə axtarış apardığını açıqlamışdı - tanınmış məşqçilər, yaxud futbolçular, məşqçiliyə yeni başlayanlar və az ödənişli, eyni zamanda yığma təcrübəsi olanlar. İlk iki kateqoriyadan məşqçilər görmüşdük. Bu dəfə 3-cü kateqoriya üzrə seçim edildi. Baxmayaraq ki, zamana ehtiyac var. Şəxsən Yurçeviçdən soruşmuşdum ki, milli komandaya rəhbərlik etmək üçün nə motivasiya lazımdı və siz buna hazırsızmı? Səmimi cavab verdi, hiss etdim ki, özünü isbatlamaq istəyir. Digər iki kateqoriyada olan məşqçilər bizimlə çalışıb. Bu üzdən üçüncü istiqamətə üstünlük verdik. İstər tanınmış futbolçu və ya məşqçi olsun, hamımız istəyirik ki, futbolumuz inkişaf eləsin. Reallıqdan qaçmaq mümkün deyil. Çətin olacağını hamımız başa düşürük. Amma hansısa şans varsa istifadə etməliyik və reallığı dəyişdirməyə çalışmalıyıq. Buna qədər yığmaya Torres, Foqts, Prosineçki kimi məşqçilər təyin edilib. Hal-hazırda AFFA rəhbərliyi başqa istiqamətə yönəlib və yığma təcrübəsi olan işçi qabiliyyətinə malik bir məşqçiyə tapşırılıb. Ancaq reallıq budu ki, daha öncə Qurban Qurbanov da xeyli çalışmaq lazım olduğunu, problemlərin çoxluğunu qeyd etmişdi. Bunu həll etmək üçün hamımızın birləşməsi çox vacibdir. Məncə Yurçeviç də anlayır və çox çalışmaq lazım olduğunu başa düşür. Qrupumuz çətindir, üstəlik noyabrda, yəni 9 aydan sonra seçmə mərhələ bitəcək. Demək olar yanvar, fevral ayları arxada qalıb. Dekabrı da çıxsaq, 9 ay Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. Gərgin bir qrafik və çətin oyunlarımız olacaq.
- Rəsmi oyuna az müddət qalıb və təyinat gec rəsmiləşib. Sadıqovun fikrincə Yurçeviç martın 21-də Xorvatiya ilə baş tutacaq oyuna yığmanı nə dərəcədə hazırlaya biləcək?
- Bu suala özü daha yaxşı cavab verə bilər. Ancaq özü də bildirdi ki, yerliləri Azərbaycanda işlədiyi üçün öncədən məlumatı olub. Danışıqlara start verən andan isə şəxsən özü məlumat toplamağa başlayıb. Bakıda olmayanda internet vasitəsilə oyunlara baxdığını deyib. Bir neçə oyunda iştirak etdiyini və istədikləri oyunları görə bildiyini, ancaq seçimlərin davam etdiyini söylədi. Fevralda tanışlıq xarakterli təlim-məşq toplanışı keçirmək və martda sırf oyuna hazırlıq üçün komandanı yığmaq istədiyini bildirdi. Sizinlə razıyam ki, birdən-birə heç nə olmur. Nə dərəcədə özünü doğruldacağını indidən demək çətindir. Ən vacibi ilk təlim-məşq toplanışında komanda ilə ünsiyyət qurmaqdı.
- Bəs Yurçeviçin köməkçilərinin kimlər olacağı ilə bağlı məlumatlar var?
- Xeyr, bu barədə məlumat yoxdur. Mətbuat konfransında 3 köməkçi istədiyini bildirdi. Özü istədiyi insanlarla danışacaq. Bizim təkliflərimiz? Yurçeviç istəsə namizədlərimizi təklif edəcəyik. Hazırda nəsə demək çətindir”.