
“Kəpəz”in ətəyindəki fırıldaqçı
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Klublarımızı “təcrübə dovşanı”na çevirməyək
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Hələ çox cavan idi...
Futbolda heç bir əməyi olmadan kimlərinsə istəyi, təkidi ilə hazırın naziri olmuşdular. Azərbaycan futbolunda yeni dönəm başlayırdı. “Peraşki” dövrü geridə qalmışdı...
Dövlət proqramı qəbul edildi, imkanlı sponsorların futbola cəlb edilməsi ilə yeni klublar yaradıldı, müasir stadionlar, bazalar inşa edilməyə başladı. Ölkə futboluna vəsait sel kimi axırdı. Qalırdı futbol sistemini, idarəçiliyi nizamlamaq, yeni mərhələyə qədəm qoymaq, inkişafı təmin etmək...
Vaxt var idi tez-tez qonaq gələrdi. Futbolu düşünənlərin məsləhətlərinə qulaq asılsaydı ölkə futbolu indi fərqli səviyyədə olardı. Niyyətlər, məqsədlər başqa idi. Diletant futbol təfəkkürü ilə top çiləyə-çiləyə gələcək düşünülürdü. Öz gələcəkləri...
10-15 il tez keçdi. Futbolu kiçildə-kiçildə özləri “böyüdülər”. Dövlətin ayırdığı xalqın pulları ilə AFFA-nı şəxsi şirkətə çevirdilər. Futboldakı “baş üstə”lərlə futboldan anlayışı olmayan qohum, dost, tanışların gəlir mənbəyinə çevrildi Azərbaycan futbolu.
Təki ekran qarşısına bu şəkildə çıxılmayaydı. 5-10 faiz inananların da ümidləri qırılmış oldu.
Xalqı aldatmaq mümkün deyil. Futbol göz önündə, yaşıl meydanlarda oynanılır...
Bunu kimlərsə təşkil etmədi, özləri etmişdi.
Deyə də bilməzlər ki, rəhbərlik etdikləri qurumda xalqın "istefa yağışı" bilərəkdən, məqsədli edilmişdi. Bu artıq futbol ictimaiyyətinin, azarkeşlərin oyanması, səsi, bumeranq dalğasıdır...
Çox “böyüyüblər”. “Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən 10-15 ildə yazılan futbol “əsəri” füsunkar görünür. Stadionlarda, tribunalarda, yaşıl meydanlarda isə tam başqa mənzərədir...
“TƏKbəTƏK”də Elxan Məmmədovun səsləndirdiyi cavablara 2-3 gündür münasibət bildirilir. Futbol adına fikirlər ayrı-ayrılıqda daha geniş təhlil olunmalıdır...