AB Paşinyanın ağzından vurdu
“Qarabağ danışıqları üçün yeni mexanizm icad etməyə ehtiyac yoxdur”
Stanislav TARASOV, regnum.ru
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər edib. O, Avropa Birliyi strukturlarınınn başçıları, Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasınn prezidenti Jan-Klod Yunkerlə, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federiko Moqerini ilə yüksək səviyyədə danışıqlar aparıb. Amma Ermənistan hökuməti bu günlərdə Paşinyanın səfərinin gündəliyini təqdim edərkən aydın olub ki, səfər “özünü göstərmək və dünyaya baxmaq” prinsipi üzrə keçəcək. Çünki prinsipial əhəmiyyətli heç bir konkret sazişdən söz açılmayıb.
Ermənistan Təhsil və Elm Nazirliyi və Flandriyanın xarici işlər nazirliyinin departamenti, habelə IMEC mərkəzi və “Müəssisələr inkubatoru” fondu arasında qarşılıqlı anlaşma haqda memorandumları böyük çətinliklə irəliləyişə aid etmək olar. Görünür, “qızılgül inqilabı”ndan sonra demokratik yolla inkişaf etmək və Avropada qəbul edilmiş “dəyərlər sistemi”nə tərəfdar olduğunu bəyan edən Paşinyan ümid edirdi ki, Brüsseldə onu, sadəcə, alqışlamayacaq, həm də maliyyə-iqtisadi yardımı göstərəcəklər. 100 milyon avrodan danışırdılar, amma bu məbləğ hələ “köhnə hakimiyyət”lə şərtləşdirilib, belə ki, prinsipcə heç nə dəyişilməyib.
“Biz xahiş edən durumunda deyilik, hansı siyasəti aparmaq onların seçimi, onların qərarıdır, – Paşinyanın özü keçən ilin yayında NATO sammitində bildirib. – Onlar mövqelərini müəyyən edəndə onların siyasətinə münasibətimizi yekunlaşdırarıq”.
O, bununla kifayətlənib ki, AB və NATO-nun yüksəkməqamlı şəxsləriylə, habelə ondan çox dövlətin liderləriylə bir sıra görüşlər keçirib.
Paşinyanın Brüsselə indiki səfərinin yekunlarına əsasən, Avropa belə də mövqeyini müəyyən etməyib, amma Avropanın yüksəkməqamlı siyasətçilərinin “demokratik İrəvan”ın ünvanına “hərarətli və təbrik bəyanatları”nın səviyyəsi hər cür tərifdən yuxarıdır. Lakin Ermənistan-Avropa işgüzar əlaqələrinin inkişafının önəmi, ticarət dövriyyəsinin artımı, birgə yatırım proqramlarının gerçəkləşdirilməsi haqda bəyanatlar belə də hələlik ancaq bəyanat olaraq qalır. Bir də “Ermənistanda islahatlar potensialını Cənubi Qafqazdakı münaqişələr dayandırır”, “həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədə gərginliyin saxlanması həm bizim ölkənin, həm də bütün bölgənin yatırım cazibədarlığını azaldır” bəyanatlarını verən baş nazirin özünün sözləri bayağı həqiqət və uzun çəkən oyun kimi qəbul olunub.
Buna görə də Ermənistanın Paşinyanın səfərinin başlıca mənasını, guya, “Ermənistanın qabaqlar yalnız Rusiya xarici siyasət vektoruna tərəfdar olduğu, indi isə Avropanın da olduğu”, İrəvanın “beynəlxalq münasibətlərin təəccüb və sayğı doğuran hansısa yeni modelini təklif etdiyi” haqda düşüncələr təəccüb doğurur.
Doğrudan da, korrupsiya ilə mübarizə, yoxsulluğun aradan qaldırılması, müstəqil məhkəmə sisteminin formalaşdırılması və bütün iqtisadi və siyasi subyektlər üçün bərabər qaydaların təminatı Ermənistan hökumətinin prioritetləri içindədir. Paşinyanın sözlərinə görə, “Ermənistan və AB arasında hər şeyi əhatə edən və genişləndirilmiş tərəfdaşlıq haqda sazişin gerçəkləşdirilməsi islahatlarımızın bütün sahələri üçün böyük mənaya malikdir”.
Ancaq Avropa qabaqlar da var idi, AB ilə “Şərq tərəfdaşlığı” üzrə sənədləri isə Paşinyan imzalamayıb. Buna görə də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin “Ermənistan baş nazirinin Berüsselə səfərində heç bir gizli məna axtarmaq gərək olmadığı”, “Ermənistan rəhbərliyinin Rusiyanın strateji müttəfiqi olduğu və KTMT və AİB çərçivələrində də özünün bütün öhdəliklərinə əməl edəcəyini dəfələrlə təsdiqlədiyi” haqda sözlərilə razılaşmamaq çətindir.
Pankin bununla yanaşı etiraf edir ki, “erməni həmkarlarımızın ölkədə islahat keçirməkdə yardıma ehtiyacı var”, amma “onların təkcə iqtisadi və siyasi xarakterdə problemləri yoxdur, həm də əlavə çətinlikləri var”. Dağlıq Qarabağ münaqişəsi problemini indiki İrəvan üçün “əlavə çətinlik” saymaq olarmı? Demək çətindir. Lakin İrəvanın xarici tərəfdaşlarla heç bir təması onun müzakirəsi olmadan ötüşmür.
Bu dəfə də belə idi. Paşinyan Brüsseldə özünün qabaqkı tezisini təkrar edib ki, Dağlıq Qarabağ əhalisini təmsil etmir və “yalnız Ermənistan Respublikası sakinlərinin mandatı əlindədir”. Onun fikrincə, “yalnız Dağlıq Qarabağ təmsilçiləri danışıqlar masasının arxasına əyləşəndə və onların səsi eşidiləndə sülh danışıqları hissolunası irəliləyiş verə bilər”.
Amma Brüssel bildirir ki, “status-kvonun saxlanması uzun çəkə bilməz və beynəlxalq hüquqa uyğun siyasi həll tapmaq gərəkdir” və hesab edir ki, Qarabağ üzrə danışıqlarda “ancaq yenilik xətrinə hansısa yeni bir mexanizmin icadına can atmaq lazım deyil, indiki formata tərəfdar olmaq daha yaxşıdır”.
AB eyni zamanda bu fikrə tərəfdardır ki, Qarabağ üzrə danışıqlarda “yaxşı çıxış nöqtəsi Ermənistan və Azərbaycan başçılarının və xarici siyasət idarələri rəhbərlərinin ilk təmaslarıdır”.
Belə ki, İrəvanın Avropa Birliyinə böyük ümidi hələlik ona bəslənən ümidləri heç cür doğrultmur. Bu, Paşinyanı yeni xarici siyasət qərarlarına itələyə bilər. Onun vaxtı azdır. “Lazarev klubu”nun ekspertlərinin vurğuladıqları kimi, “Ermənistan strateji perspektivdə bir yığın problemlə, o cümlədən daxili problemlərlə üzləşməli olacaq və heç kim bilmir ki, tezliklə hansı Ermənistanla iş görməli olacağıq”.