Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
13:10 | 5 avqust 2019 | Bazar ertəsi
Məqaləyə 2892 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı. Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi. Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi. Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi.
Nikol Paşinyan növbəti sirrin üstünü açıb. Sən demə 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirdi. Əgər Serj Sərkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb: “Bu hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursluğa düçar olub”.
Nikol Paşinyan durumun ağırlığı haqqında fikirlərini davam etdirərək ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib. Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı da diqqəti çəkir: “Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”.
Nikol Paşinyan bu hesabatı indi niyə faş edir?
Görünür, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər. Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir.
Nikol Paşinyanın bu etirafları bizim üçün müəyyən ipucları verir. Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə uğurları Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var.