Kremlin davranışındakı soyuq izlər
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
14:26 | 26 yanvar 2022 | Çərşənbə
Məqaləyə 920 dəfə baxılıb
Şriftin ölçüsü
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır.
Yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir. Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiyası yaradılacaq. Komissiyadan xəbər-ətər varmı? Digər tərəfdən Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ probleminin” buna dəxli olmadığını, bu “məsələnin” ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “statusa” işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır.
Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur.