Əsl alim elmini dünyaya çıxarandır
Elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanı kimlər dəyişib?
Dəli dahilər, yoxsa dahi dəlilər?
-
Şəhərə yeni kitab gəlib
Gələcək Elmlə Gələcək!
-
Elm gününün proqramları
“Tarixdə ancaq elmə, təcrübəyə və məntiqə önəm verən cəmiyyətlər qalacaq”
-
ACADEMİA...
Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər (Leszek Kumor)
-
Sıfır necə yarandı?
Dünyaya təsir gücünə görə ən qüdrətli rəqəmin yaranması üçün 2 min il lazım olub
-
Portuqaliyada çalışan 32 yaşlı alimimizdən elmimizin xilas xəritəsi
«Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır»
-
«Sekstetik oxucu»
-
«Azərbaycan əxlaqının dekonstruksiyası»
Çağımızda medianın «ağıllanması»
Azərbaycan elmində ən böyük islahat onda olar ki, iki pilləli müdafiə, fəlsəfə doktoru və elmlər doktoru ləğv edilsin. Dünyanın əksər inkişaf etmiş ölkələrində elmlər doktoru elmi dərəcəsi yoxdur. Qısa olaraq qeyd edim ki, 1999-cu ilin 19 iyun tarixində Boloniyada iyirmi doqquz ölkənin təhsil nazirləri tərəfindən imzalanıb ali təhsil sisteminin təkmilləşdirilməsini nəzərdə tutan, “Boloniya deklarasiyası” adı alan sənədə əsasən ümumi tələblərə, meyarlara və milli ali təhsil sistemləri müəyyən edilməklə vahid Avropa elm və təhsil məkanının yaradılması qərara alındı.
Sonralar “Boloniya prosesi” adlanan xəttə Avropa Şurasına daxil olan digər ölkələr o cümlədən, Azərbaycan (2005-ci il) da qoşuldu. 2003-cü ilin 18-19 sentyabr tarixlərində Berlin şəhərində keçirilən sammitdə qəbul edilən bəyannaməyə əsasən ümumi Avropa tələblərinə və standartlarına müvafiqlik “bakalavr”, “magistr” olmaqla iki pilləli təhsilə, həmçinin “fəlsəfə doktorluğu” elmi dərəcəsi verilməsi işinə də şamil edildi. Və elə həmin sammitdə yeganə doktorluq dərəcəsinin yalnız “fəlsəfə doktoru” dərəcəsi olması barədə qəti qərar verildi. Əgər ali təhsil prosesinin, nəticəsi olaraq ilk pillədə “bakalavr” sonrakı pillədə magistr təhsilinin sonunda “magistr” dərəcələri müəyyən edilirsə, elmi tədqiqatın yekunu olaraq uğurlu dissertasiya müdafiəsindən sonra konkret şəxsə konkret sahə üzrə “fəlsəfə doktoru” elmi dərəcəsi verilirsə, elə olan halda hələ də fəaliyyətdə olan yuxarıda qeyd etdiyimiz Boloniya elm və təhsil sistemində nəzərdə tutulmayan elmlər doktoru alimlik dərəcəsi nəyə lazımdır.
Elmlər doktoru olan şəxslərin əksəriyyəti də elmdən uzaq, dövlət işçiləri və məmurlardır. Nəyə lazımdır Elmlər doktoru adı indi? Əlavə əziyyət, xərc, vaxt itkisi və sonda heç bir nəticəsi olmayan tədqiqat kimə lazımdır axı. Fəlsəfə doktoru, dosent və professor adı Boloniya sistemində var, bizdə də olmalıdır. Amma Elmlər doktoru elmi dərəcəsini saxlayan qocalar elmin də bu cürə qocalmasını istəyirlər. Mən niyə beş-səkkiz il arası elmlər doktoru işini yazmalıyam, xərc çəkib xaricdə məqalələr çap etməliyəm axı? İndi elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır. Bu yaşda elmlər doktoru alıb nə edəcəm? Pensiyaya çıxanda nəyimə lazımdır bu ad.
Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur və bu mövzular bizdə sadəcə elmi dərəcə adı almaq üçün lazımdır. Dünyanın nüfuzlu universitetləri üçün bizim yazılan mövzular lazımsızdır. Bizim özümüz üçün yazılan bu işlər kimə lazımdır?
Ondansa kitablar, elmi məqalələr, elmi kəşflər, elmi yeniliklər olsun bu adın yerində... Bizdən güclü, beynəlxalq səviyyəli elmi məqalələr və kitablar tələb edin, 250-300 səhifəlik dissertasiya və mənasız sənədlər toplayaraq elmlər doktoru müdafiə etməyi yox. Mənim 21 kitabım, 150-dən çox elmi məqaləm var, nəyimə lazımdır birdə eyni prosesi keçib elmlər doktoru adını alım. Bu adı məmurlar və imkanlı şəxslər alırlar ki, qəbir daşlarına elmlər doktoru yazılsın. Əgər biz Avropaya inteqrasiya ediriksə, Avropa təhsil və elm təcrübəsini götürürüksə niyə Sovetlərdən qalan elmlər doktoru adını hələ də saxlayırıq?
Əsl alim elmlər doktoru adını alan yox, öz elmini dünyaya çıxarandır. Bizdə isə elmlər doktoru kimi heç bir inkişaf etmiş ölkədə olmayan adı niyə tələb edirlər. Axı niyə biz daha ciddi işlərlə məşğul olmaq əvəzinə gedib yenidən dissertasiya yazmalıyıq.
Bu gün Azərbaycanda fəlsəfə doktoru adı almaq üçün lazım olan şərtlər, elmlər doktoru adı almaq üçün olan lazım olan şərtlərlə demək olar ki, eynidir. Buradakı fərq sadəcə səhifə məsələsindədir. Məsələn, fəlsəfə doktoru 150 səhifə yazırsa, elmlər doktoru 250 səhifə yazır. Həmçinin fəlsəfə doktoru 5 məqalə verirsə, elmlər doktoru 20 məqalə verir. İndi bunun mənası nədir ki?! Özü də məsələ burasındadır ki, bizim məqalələri Avropa və Amerika - Qərb ölkələri qəbul eləmir. Artıq Gürcüstanda belə, bizim məqaləni qəbul etmək istəmirlər, deyirlər ki, məqalələrdə qaldırdığınız problemlər bizə maraqlı deyil. Bu problemin kökü isə odur ki, Azərbaycanda ciddi elmi mövzular təqdim olunmur: gənclər yalnız fəlsəfə doktoru diplomu almaq üçün elmə gəlib, elə prosesdən keçirlər ki, nəticədə axıra qədər davam etdirmək istəməyib, yarımçıq qoyub gedirlər. Deyim ki, bu elmi adı aldım mənim şöhrətim artacaq, dünya ölkələri məni tanyacaqmı?- Xeyr, belə deyil! Bu dərəcələrin heç bir mənası yoxdur. Mən özüm Amerikada, Avropada görmüşəm, oxumuşam “elmlər doktoru” deyə anlayış yoxdur. Oralarda bizə deyirlər ki, sizdə olan 4 müdafiə nəyə lazımdır”.”
Mən hesab edirəm ki, elmlər doktoru adı ləğv olunmalıdır, o elmlər doktoru prosedurunun saxlanmağına ehtiyac yoxdur. Normal və ya ağır şərtləri olan bir dərəcə olsun ancaq layiq olan adamlar elmi dərəcəni əldə edə bilsin, mən bununla razıyam. Ömrünü 40 il Akademiyaya vermiş insan elmlər doktoru adı ala bilmir, amma 3 il içində kənardan gələn adam o adı alır. Bunun elmə nə xeyri?
Ondansa, professorluq üçün konkret şərtlər qoyulsun. Yoxsa, belə ömrünü elmi işə ver, bunun nə mənası var?! Bu elmi iş kimin qabağına çıxacaq, kim oxuyacaq?! Avropaya biz özümüzü bu cürmü tanıdaq? Ondansa kitablar tələb eləsinlər, desinlər ki, kitablar, yaxşı nüfuzlu məqalələr yazın. Bax, bu cür olsa razıyam. Yoxsa, 250-300 səhifəlik elmi iş yazıb, təzədən eyni prosesi keçmək hansı inkişafa səbəb olacaq?!