vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
18:49 | 27 may 2022 | Cümə Məqaləyə 893 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toz fırtınası bölgəni iflic etdi

Güney Azərbaycanında məktəb və dövlət idarələri bağlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanında şiddətli toz dumanı məktəblərin bağlanmasına səbəb olub. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində toz dumanı səbəbi ilə təhlükəli hava şəraiti qeydə alınıb.

Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsi çərşənbə günü, mayın 25-də Urmiyədəki bütün məktəblər və vilayətin cənub şəhərlərindəki bütün məktəblərin havanın kəskin çirklənməsi səbəbindən bağlandığını elan edib.

Həmçinin valiliyin əmri ilə Urmiya və vilayətin cənub şəhərlərinin dövlət idarələri mayın 25-də 2 saat gecikmə ilə fəaliyyətə başlayıb.

Şərqi Azərbaycanda təhlükəli hava şəraiti və havanın çirklənməsinin böhranlı səviyyəyə çatması nəticəsində mayın 25-də Təbrizdə məktəblər və idarələr bağlanıb.

Təbrizdə mayın 24-də axşam saatlarında hava çirklənməsi indeksi 470-ə yüksəlib. Məktəblərin bir gün gecikmə ilə bağlanması bəzi vətəndaşların tənqidlərinə səbəb olub. Təbrizdə təhlükəli hava şəraiti 3 gün davam edib.

Mayın 25-də Zəncan vilayətinin hava şəraiti təhlükəli elan edilib və vətəndaşların evdə qalmaları haqda xəbərdarlıq verilib. Həmin vilayətdə havanın çirklənməsi indeksinin 207-yə yüksəldiyi və bütün yaş qrupları üçün təhlükəli vəziyyətə çatdığı bildirilib.

Ərdəbil vilayətində toz dumanı ilə əlaqədar vəziyyət İran Azərbaycanının digər vilayətləri ilə müqayisədə daha yaxşı olub.

İran rəsmiləri ölkədə ara-ara kəskin tozlu hava şəraitinin yaranmasının səbəbinin qonşu ölkələrdən gələn toz dumanı ilə əlaqədar olduğunu söyləyirlər.

Bir müddət öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkədə yaranan təhlükəli hava şəraitini Türkiyənin çəkdiyi bəndlər nəticəsində baş verdiyini söyləmişdi. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü isə bunun elmi əsasının olmadığını söyləyərək İranın iddialarını rədd etmişdi.