
Sərhədi 5 milyona yaxın insan keçib
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
2026-cı ildə baş tutacaq tədbirlə Türkiyə ikinci dəfə sammitlə ev sahibliyi edəcək
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Türkiyənin gəlib-keçmiş ən məşhur aktyorlarından biri, “Yeşilçam”ın unudulmaz siması Cüneyt Arkın iyunun 28-də, ömrünün 85-ci ilində vəfat edib. Sənətkarın ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Əsl adı (şəxsiyyət vəsiqəsində) Fahrettin Cüreklibatur olan Cüneyt Arkın 8 sentyabr 1937-ci ildə Əskişəhərdə doğulub. Kinoya gəlməzdən öncə incəsənətdən uzaq bir ixtisas üzrə ali təhsil alıb, 1961-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Taleyin məhkumları” adlı ilk filmə çəkilir və dərhal məşhurlaşır. Sonrakı iki ildə 30-dan çox filmdə rol alan Cüneyt Arkın türk kinosunun ulduzlarından birinə çevrilir.
Müxtəlif janrlarda filmlərə dəvət alan aktyorun ömür yolu, demək olar ki, çəkiliş meydançalarında keçib. Ümumilikdə 300-dək filmdə çəkilən Cüneyt Arkın “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, “İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” melodramlarında, eləcə də “Malkoçoğlu”, “Kara Murat” kimi silsilə filmlərdə rolları ilə xüsusilə şöhrət qazanmışdı.
Dəfələrlə Türkiyənin müxtəlif kinofestivallarında mükafatlar almış sənətkar həm də gözəl şeirlər yazırdı. İki dəfə ailə həyatı qursa da, övladları olsa da, özünü daim tənha hiss etdiyini deyərdi. Buna rəğmən, həyatı çox sevir və şeirlərində də bu sevgini tərənnüm edirdi.
Aktyor uşaqlıq illərini də daxili tənhalıq içində xatırlayırdı: “Tarlada çalışan qadınları seyr edərdim. Axşamlar sərin küləklər vızıldayardı qulaqlarımda. Hər gün ucsuz-bucaqsız düzənliklərdən gələn qatarların yolunu səbirsizliklə oturub gözləyərdim. Bu mənim ilk tənhalıq duyğularımdır. Həmişə özümü tənha hiss etmişəm...”.