İranın dərdi nədir?
Çürük rejim dağılmalıdır
İlqar ALTAY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İranın hakimiyyət rejiminin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana təhdidi, etirazının arxasında əslində nə dayanır? Bunu bilməyimiz lazımdır...
Bu iddia, təhdidlər əslində 44 gün müharibədə Azərbaycan ordusunun Ermənistanın üzərində üstünlüyü və qoşunlarımızın Zəngilan tərəfdən İranla sərhəddə Araz çayı boyu erməniləri işğal altında saxladıqları sahədən qovanda başlayıb. Şüarları da bu oldu ki, Ermənistanla sərhədlərin dəyişilməsindən narahatıq: “qırmızı xəttimizdir”.
Cavab verildi ki, İranın Ermənistanla öz sərhədi var, Zəngəzur, Mehri tərəfdə. Zəngilan tərəfdən İranın Ermənistanla nə sərhədi, nə əlaqəsi? Bu Zəngilan sahəsini də yoxsa, bu 30 il işğal dövrü Ermənistanın olması kimi qəbul edib İran artıq? Bunda məntiq qarşısında qalıb susdular, keçdi.
Sonradan Azərbaycanla Ermənistanın arasında sülh danışıqları, Zəngəzur dəhlizi açılışı barədə məsələ ortaya çıxan kimi yenə başladılar ki, bu dəhlizlə Ermənistanla sərhəd əlaqəmiz pozulur, kəsilir. Bu bizim qırmızı xəttimizdir və biz buna imkan verməyəcəyik kimi yeni təhdidə keçdilər.
Burada da, məlumdur və İrana deyilir ki, dəhliz bir yoldur, heç bir sərhədi bağlamır. İranın yenə Ermənistana yolu qalır və üstəlik də, dəhlizdən İranın Türkiyəyə, Rusiyaya dünyaya yolları açılır. İran özü də, bu xeyirli tərəfi başa düşür, amma, narahatlığı yenə qalır. Təhdidindədir! Demək ki, açıq demədiyi dərdi, qarın ağrısı var.
Nə ola bilər İranın dərdi? Təbii ki, Azərbaycanın bu dəhliz və quru yolla Naxçıvan və Türkiyə ilə sıx əlaqəli birləşməsi. Yəni bununla, İran özünü Şimal və Qərb tərəfdən: Azərbaycan, Naxçıvan, Türkiyənin birliyi əhatəsində görür. Və həm də, coğrafi cəhətdən bu birləşmə də, İranın məhz, Güney Azərbaycan türkləri yaşayan hissəsini əhatə edir. İran rejimi məhz bu ssenarini özünə tarixi, İranın parçalanıb dağılma təhlükəsi hesab edir.
Ancaq anlamır ki, yanlış qurulmuş çürük rejim, dini özünə alət edən molla hakimiyyəti, onsuz da bəd əməllərinə görə parçalanıb dağılmalıdır.