Zəngəzur İranın dəngəsini pozub
İki şimal qonşusu arasında bağlanmış logistik razılaşmanın rəsmi Tehrana təsiri
ELÇİN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Zəngəzur dəhlizi – Moskva Tehrana qarşı
İran özünü Rusiyanın tərtib etdiyi tənlikdən kənarda tapır
-
“Zəngəzur dəhlizi” rejimin içindən keçir
Rusiya və Türkiyənin dəstəklədiyi layihə İranda böyük çaxnaşma yaratdı
-
Gecəsi gündüzünə qarışan İran
İran Rusiyanı maraqlarını təhdid etməkdə ittiham edir
-
İran XİN-dən Rusiya səfirinə etiraz
Zəngəzur dəhlizi Moskva-Tehran müttəfiqliyini pozur
-
Stalinin tabusu yaşayır
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Qarabağ separatçıları tezliklə ləğv ediləcəklər
Qərb də bu variantla razıdır?
-
Prezidentlər telefonla danışıb
İlham Əliyev Türkiyəli həmkarına dəhlizlə bağlı razılaşma olduğunu deyib
-
“Regionda bütün kommunikasiyalar açılmalıdır”
Ermənistanın Azərbaycan əraziləri vasitəsilə İrana və Rusiyaya çıxışı müzakirə olunur
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İran mediasından qısqanc yanaşma: “Aydındır ki, Zəngəzur dəhlizinin işə salınması və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi İranın geoiqtisadi maraqlarına ziddir”.
“Fardaye Eghtesad” saytının xəbərinə görə, İran Ticarət Palatasının Araşdırma Mərkəzi yeni hesabatında Azərbaycanın nəqliyyat sahəsindəki planlarını və onun İranın maraqlarına təsirini araşdırıb.
Qazaxıstan Prezidenti Azərbaycana son səfəri zamanı nəqliyyat, enerji, ticarət, dəmir yolu, aerokosmik və rəqəmsal inkişaf sahələrində bir sıra sazişlər imzalayıb. Hər iki dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan və Qazaxıstan arasında 2022-2026-cı illər arasında əməkdaşlığın hərtərəfli inkişafı proqramı müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ən mühüm saziş sayılır.
Tərəflər Cənub-Şərqi Asiya və Çindən başlayan və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və əksər Avropa ölkələrindən keçən Orta və ya Transxəzər dəhlizinin potensialının reallaşdırılmasına sərmayə yatırmaq barədə razılığa gəliblər.
Azərbaycan və Türkiyə iddia edir ki, Orta Dəhliz Avropa və Asiya arasında ticarət marşrutu kimi Şimal dəhlizindən iqtisadi cəhətdən daha sərfəli və genişdir və məsafəni 2 min kilometr qısaldır.
Azərbaycan son bir ildə Orta Dəhlizin, xüsusilə Zəngəzur marşrutunun işə salınması üçün böyük səylər göstərib və bu istiqamətdə həmin dəhlizi Avrasiyada yüklərin daşınması məqsədilə əsas marşruta çevirmək üçün Mərkəzi Asiya ölkələrinin əməkdaşlığını cəlb etməyə çalışıb.
Aydındır ki, Zəngəzur dəhlizinin inkişaf etdirilməsi və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi “İranın geoiqtisadi maraqlarına ziddir”.