Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:28 | 19 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1646 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistan barədə sərt açıqlama verib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün guya təhlükə yaradır.
Bayden demək istəyib ki, Pakistan nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə bilər. Halbuki, belə bir fakt yoxdur. Nüvə silahına malik olan dövlətlər qonşuluqlarında nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Misal üçün İran nüvə silahını əldə etmək üçün Pakistan dəstək istəyə bilərdi. Ancaq bu Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir.
Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Baydenin açıqlamasına aydınlıq gətirilməsi tələb edilib. Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub. Pakistan cəmiyyətində əvvəl də anti-Amerika əhval-ruhiyyəsi mövcud idi, Baydenin açıqlaması və münasibətləri daha da gərginləşdirdi.
“Soyuq müharibə” illərində Pakistan ABŞ-ın müttəfiqi idi. SSRİ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdə ABŞ Pakistanla birgə bu müdaxiləyə qarşı mübarizə aparır, əfqan mücahidləri silahlandırırdılar. “Soyuq müharibə” bitdikdən sonra ittifaqa ehtiyac azaldı. Bundan başqa ABŞ-ın radikal islamçı qruplarla mübarizəsi başladı. Vaşinqtonda hesab edirlər ki, həmin islamçı qruplar Pakistanda dəstəyə malikdirlər.
Əslində Vaşinqtonun xarici və təhlükəsizlik siyasətindəki yanlışlıqlar Pakistanı başqa tərəfdaşlar axtarmağa məcbur edib. Bunun nəticəsidir ki, Pakistan Çinlə sıx tərəfdaşlıq münasibətləri qurub, iki ölkə müttəfiqdirlər, Rusiya və Çinin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. İslamabadın bu siyasəti Vaşinqtonun xoşuna gəlmir və Bayden nüvə silahını bəhanə edərək Pakistanın siyasətindən narazıdır. Necə ki, Vaşinqton yanlış siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırıb, keçmiş tərəfdaşdan bölgədəki rəqibinə çevirib, eləcə də Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq. Vaşinqton Hindistanı dəstəkləyir.