Üstü bəzək, altı qara - Niaqara
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Bizi hədələyirlər ki, buradan çıxın»
Bakıda 7 mərtəbəli binanın sakinlərini hədələyib evlərini dağıdırlar
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Abadlıq» aşiqlərinin ağac genosidi
Nəsimi rayonunun sabiq icra başçısının qohumu 4-cü mikrorayonun «dərisini soyur»
-
«Müdaxilə edə bilmirik»
Yanacaqdoldurma məntəqələrində nöqsanlar var...
-
Bakıda hər an uça biləcək uşaq bağçası
Həm qaçqınlar yaşayır, həm körpələr...
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
Ağacları sulfat turşusuyla məhv edirlər
Bakıda 9 şam, 1 qarağat ağacının dibinə sulfat turşusu töküldüyü müəyyən edilib
-
Birinci xanım vandallığa qarşı çıxdı
Mehriban Əliyeva ağacların kəsilməsini durdurmaq üçün hərəkətə keçdi
-
Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
-
«Qara çörəyə kofe qatmırlar»
Komitə sözçüsü: «Qiyməti bazar tənzimləyir»
-
Vətəndaşlara xəbərdarlıq!
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
-
Növbəti halal açıqlaması
Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır
-
Kənd toyuğu fırıldağı
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
-
Azərbaycan məxfi silahlarında dəyişiklik
«Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir»
-
Şeyxlə sədrin kolbasa davası
QMİ bəyanat yayaraq komitəni suçladı; Ramiz Həsənovsa geri çəkiir
-
«Köhnə maşını ver, təzəsini apar»
Kampaniya nə vaxt başlayır?
Bakının Nəsimi rayonunda yerləşən «Niaqara» restoranında standartların tələblərinin pozulduğu aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Niaqara» restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Müəssisədə hazırlanan «paytaxt» salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasına təqdim edilib, aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Bundan başqa, müəssisədə yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib. Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim edilməyib.
Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilib, normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib.