

Bu üsul yuxu tənəffüs problemlərini xeyli azaldır
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
Əczaçı həbs edildi, aptek müdiri axtarışa verildi
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
12 aya necə bilik əldə etmək olar?!
Adil Qeybulla: «Səhiyyə Nazirliyi icbari sığortanın tətbiqini tezləşdirməsə, ...»
Getdikcə kosmetik əməliyyatlara daha gənc qadınlar müraciət edirlər
Ekspertlər ilk növbədə şəffaflığın təmin olunmasını və ictimai inamın bərpa edilməsini vacib sayırlar
...Və ya qapı-qapı gəzən təhlükə
Hətta arı balında da botulizm ola bilər...
Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı
Səhiyyə sistemində elektron qeydiyyat, rəqəmsal təsvirlər və başqa məlumatlar birləşdiriləcək
Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında pompalardan istifadə olunacaq. Vaxt.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Yeganə Sultanova APA-ya açıqlamasında deyib ki, yeni 90 ədəd pompalar 3-18 yaş arası 90 nəfər uşaq üçün nəzərdə tutulub. Pompalar dövlət tərəfindən mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunub və pulsuz formada uşaqlara tətbiq ediləcək.
Pompalar Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb və mərkəzə təqdim olunub.
Pompanın insulinin yeridilmə metodu olduğunu söyləyən Y.Sultanova qeyd edib ki, bunun adi insulinin vurulmasından fərqli cəhətləri var: «Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, nə qədər az və ya çox olması kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha gözəl kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur. Onun da iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şunur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu, proqrama uyğun olaraq uşaqlara insulin yeridilir».
Direktor müavini qeyd edib ki, pompa şəkərli diabetlə xəstə olan uşaqlara tətbiq olunacaq və burada müəyyən meyarlar var. Onun sözlərinə görə, mərkəzə gələn hər bir uşağa bunu tətbiq etmək olmaz: «Bu gün mərkəzdə Bakı şəhəri üzrə 380 nəfər uşaq var. Bunların hamısına pompa taxıla bilməz. Müəyyən yaş həddində, müəyyən təlimli olan, özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar uşaqlara bunu tətbiq etmək lazımdır. Lakin psixoloji xəstəliyi olan, təlimli diabetə yaşamaq bilik və bacarığı olmayan uşaqlara bunları qoymaq olmaz».