vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QƏZA, FACİƏ  
09:30 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 4194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Susuzluqdan yanıram, oğlum»

Xanım İsmayılqızı: «Gecənin üzünü sizin dualarınızla örtürəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev
  • Xanım İsmayılqızının oğlu mərhum Fərid Əliyev

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, bəstəkar Xanım İsmayılqızı oğlu Fəridin ölümündən sonra «Facebook»da fikirlərini paylaşıb. AzVision.az xəbər verir ki, şairə onun dərdini bölüşən hər bir kəsə təşəkkür edib:


«Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun».


O, həmçinin oğluna şeir də həsr edib:

Susuzluqdan yanıram,

Ovcunda su ver içim.

O suya bir az ürəyini qoy,

Bir az hərarətini çilə,

İçim, dirilim damla-damla,

Gilə-gilə...

Sönsün quraqlıq odum,

Qurtum-qurtum doğulum....

OĞLUM...


Qeyd edək ki, şairənin oğlu Fərid ürək tutmasından dünyasını dəyişib.