Daha bir NİDA-çı əfv dilədi
«Cənab Prezident, şəxsim adına söz verirəm ki, ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ədliyyə Nazirliyi elektronlaşır
Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
-
“Milyonluq” iş
“Mobil notariat” zəruri olan çoxsaylı məlumatları inteqrasiya edib
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
İş adamı Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciət etdi
MTN-nin qurbanı olan Maqsud Mahmudov nazir Fikrət Məmmədovdan və Ramiz Rzayevdən kömək istəyir
-
Adını bəyənməyənlərin sayı artır
Bu səbəbdən 2967 nəfər müraciət edib
-
Hər gün 36 ailə dağılır
Azərbaycanda ayda 1091 cütlük boşanır - Nazirlikdən şok statistika
-
«Müsbət cavab alacağımıza inanmasaq da ...»
Ədliyyə Nazirliyi QHT-yə «Yox!» dedi
-
«Azadlığın sərhədləri genişlənir»
Əliməmməd Nuriyev: «Prezident aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır»
-
Azərbaycanda hakimlərin aylıq məvacibləri
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
-
«Nazirlik səlahiyyətini aşmır, əksinə…»
Vitse-spkier: «Sizin niyə inzibati sözündən xoşunuz gəlmir?»
-
«Siz hara baxırsız?»
Komitə sədrindən nazir müavininə etiraz
-
Cəza siyasətinin humanistləşdirilməsi…
Prezident İlham Əliyevdən daha bir sərəncam
-
86 valideynə yox deyilib
.. «Edvart Kan», «Haspina», «Ariana», «Nuraairis», «Duam», «Küftəxanım», «Atika», «Ayasofiya», «Fatimeyizəhra»...
-
Göydələnlərin xərci göyə çıxdı
Bakıdakı binalarda kommunal ödənişlər artırılmağa başlayıb
-
Qubada nə baş verib?
Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı ölkə gündəmini dəyişdi
-
«Reket»ləri mətbuatdan necə qovaq?
Və ya «gözdən uzaq, könüldən iraq» yerlərin sakinləri
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan saxlanılan məhkum Şahin Novruzlunun cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Prezident İlham Əliyevə müraciət edib. Vaxt.az NİDA-çı gəncin müraciətini olduğu kimi təqdim edir:
«Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu universitetinin maliyyə-kredit fakültəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv etmənizi rica edirəm.
Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.
Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam».