Sürgündə doğulmuş rəssam - Rais Rəsulzadə
«Həmişə Bakıya qayıtmaq istəmişəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cümhuriyyətin Ana Yasa arzusu
Konstitusiya iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi
-
Cahandar ağanı içində yaşadan sənətkar
50-ci illərdə Məhəmmə Əmin Rəsulzadə haqqında düşünmək belə qəhrəmanlıq idi
-
İstiqlal bayramı – Müstəqillik Günümüz mübarək!
23 aylıq Cümhuriyyətin 104 yaşı
-
SSRİ-Türkiyə müharibəsinin qarşısı necə alındı?
Rəsulzadə Ankarada bütün türk dünyasından olan mühacirlərə sözü keçən şəxs idi
-
AXC-nin işğalında Türkiyə faktoru
Bəs Lenin niyə məhz bundan istifadə etdi?
-
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
-
Azadlıq Azmanı
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
-
Mistik çalarlara ehtiyac yoxdur
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
-
Hamımızın adından - Rəsulzadəyə!
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
-
“Ona qayıtmalı olacaqsan”
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
-
Sən bizimsən, bizimsən ...
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
-
“...Onun adını daşıyacaq”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
-
Bizi bağışlama, ya Rəsulzadə!
Barelyef qalmaqalına sözardı
-
«Sizlərə xitab edirəm»
«Azərbaycan cümhuriyyətinin istiqlalını bütün düynaya elan etdik»
-
Türklər kimdir və kimlərdən ibarətdir?
Məhəmməd Əmin Rəsulzadənin «Qafqasiya türkləri» əsəri
-
20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar...
Rəsulzadə ailəsinin qan donduran həyat hekayəti
Noyabrın 1-i Əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 38 illik müəllimi Rais Rəsulzadə 70 illik yubileyini qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanda sürgündə anadan olub.
Karaqanda şəhərində orta məktəbə gedib və eyni zamanda paralel şəkildə qiyabi olaraq Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində təhsil alıb.
Rəssamlığa uşaq yaşlarından marağı olduğunu deyən Rais bəy, atası Azərin də rəsmlər çəkdiyini qeyd edir.
«Bu mənim qanımda idi» deyən müsahibimiz, rəssamlıqla yanaşı yüngül atletika və şahmatla da ilə məşğul olduğunu bildirir.
Natürmort, mənzərə, kompozisiya, portret və digər üslublarda rəsmlər çəkən Rais Rəsulzadə Bakıya gələrək rəssamlıq üzrə təhsil almağı qərara alır. O, 1965-1969-cu ildə isə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin tələbəsi olub.
Əsgərlik zamanı 12 hərbi hissə arasında «Hərbi hissənin ən yaxşı tərtibi» mövzusunda keçirilən müsabiqədə onun xidmət etdiyi hərbi hissə müsabiqənin qalibi olur.
Cənab Rəsulzadə deyir ki, dəfələrlə həm Qazaxıstan, həm Rusiya, həm də ittifaqın digər ölkələrində müxtəlif vəzifələr və iş təklif olunsa da, o, həmişə Bakıya qayıtmağı üstün tutub.
1971-ci ilin hərbi xidmətdən sonra Bakıya qayıdan cənab Rəsulzadə 1972-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bədii qrafika fakültəsinə daxil olur. Beş il sonra isə o, elə bu təhsil ocağında müəllimlik fəaliyyətinə başlayır.
Fəaliyyəti boyunca müxtəlif üslublara müraciət etsə də, Rais bəy hazırda Azərbaycan mənzərələrini çəkməyə üstünlük verdiyini deyir. O, bu səbəbdən Bakı kəndlərinə və ölkənin digər rayonlarına tez-tez səyahət edir.
Noyabr ayında iki sərgisi nəzərdə tutulan rəssam ən böyük arzusunun "hamı üçün əmin-amanlıq" olduğunu da bildirir.