vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏİŞƏT  
23:35 | 23 sentyabr 2012 | Bazar Məqaləyə 5110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mikrob bol olarsa...

Gözəgörünməz həşəratların ən çox rast gəlindiyi yerləri tanıyaq

qadin.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə bir deyim var: «Təmizlik imandandır!» Yəqin ki, bütün xanımlar gün ərzində evlərini təmizləmək üçün kifayət qədər zaman sərf edirlər. Bəs biz bu təmizliyə nə üçün bu qədər əhəmiyyət veririk?

Təbii ki, mikroblardan qorunmaq və daha sağlam yaşamaq üçün.
Evin ən işlək yeri olan mətbəx və vanna otağını mikroblardan təmizləmək üçün müxtəlif vasitələrdən istifadə edirik. Ancaq bu mikroblar heç ağlınıza gəlməyən yerlərdə gizlidir. Harada? 
Eşidəndə inanmayacaqsınız.
1. Paltaryuyan maşın.
Bəzən xanımlar elektrik enerjisinə qənaət etmək üçün maşında dərəcəni çox aşağı qoyur. Bu zaman paltarlarda çoxlu mikrob əmələ gəlir. Bunun üçün paltarları qurutduqdan sonra mütləq ütüləmək lazımdı.
 
2. Kəsmə taxtası.
Bəzən taxtada soyuq bir ərzaq doğrayıb ardınca da isti bir ərzaq doğrayırıq. Nəticədə isti və soyuğun qarışımından taxtada çoxlu mikrob yaranır. Lazımdır ki, isti və soyuq ərzaqları doğramaq üçün ayrı-ayrı kəsmə taxtalarından istifadə edəsiniz.
 
3. Kompüter və noutbuklar
Günümüzün ən çox istifadə edilən bu texnoloji əşyasının klaviaturasında gizlənmiş mikroblar hətta unitazda olan mikroblardan belə çoxdur. Mən bu mikroblardan qorunmaq üçün klaviaturamı tez-tez gigiyenik (nəm) salfetlə təmizləyirəm.