Həbsdəki oliqarx danışacaq
Dünyamin Xəlilov nəhayət sükutu pozdu və gözlənilməz bəyanat verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – II YAZI
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – I YAZI
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində «Azərbaycan Beynəlxalq Bank» ASC-dən yüz milyonlarla dollarkredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Adları çəkilən şəxslərdən Seyfulla Seyfullayev «Səbail Mebel» ASC-nin baş direktoru, Fərhad Əmiraslanov «Aqora» MMC-nin, Mənsur Zeynalov isə «Kondor Qrup» MMC-nin direktorudur.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov nəhayət ifadə verib. Xatırladaq ki, Dünyamin Xəlilov bundan əvvəlki məhkəmə iclaslarında danışmaqdan imtina edirdi.
Keçmiş deputat «ağzını açmaq» qərarına gəlib vəkeçmiş ortağını-Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevi ələ verib. Bildirib ki, kredit adı ilə müxtəlif MMC-lərin adına rəsmiləşdirilən pullar əslində bankda, yəni C.Hacıyevin nəzarətində qalırdı və həmin pullar «xarici layihələrə» yönəldilirdi.
Bir ildən çoxdur məhbus həyatı yaşayan keçmiş deputat, Bakıdakı «Globus Plaza»nın sahibi Dünyamin Xəlilov özünü qətiyyən təqsirli saymır. O, nə Beynəlxalq Bankın, nə də hər hansı başqasının pulunu mənimsəmədiyini və bu üzdən heç kimə pul ödəmək fikrində olmadığını bildirir.
İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyilə, rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb. Keçmiş deputat bu yolla Beynəlxalq Banka 50 milyon manatdan çox ziyan vurmaqda suçlanır.
Dünyamin Xəlilov deyir ki, Cahangir Hacıyevi 1978-ci ildən tanıyır, qohumluqları olsa da, daha çox işgüzar mnüasibətləri olub. Dediyinə görə, 2005-ci ildə - deputat seçiləndən sonra kommersiya fəaliyyətinə son qoyub, ictimai işlərə önəm verib.
Keçmiş deputat bildirib ki, 2001-ci ildə Cahangir Hacıyevin yaratdığı «General Construction» MMC-yə direktor təyin olunub. Həmin şirkət baş podratçı kimi fəaliyyət göstərib və 2002-ci ildə Şəki Olimpiya Kompleksini tikib istifadəyə verib. Xəlilovun sözlərinə görə, bundan sonra Cahangir Hacıyev müxtəlif layihələrinin icrasını da ona tapşırıb.
Cahangir Hacıyevin 2001-ci ildə «Ocean Stream İnc.» şirkətini də qurduğunu deyən keçmiş deputatın bildirdiyinə görə, 2002-ci ilin sonu-2003-cü ilin əvvəlində həmin şirkətin fəaliyyətinə nəzarət də ona tapşırılıb: «2001-2005-ci illərdə Beynəlxalq Bankın bir sıra layihələrində iştirak etmişəm. Mən özüm də bir müddət Beynəlxalq Bankın səhmdarı olmuşam. Səhmdar kimi də marağında olmuşam ki, layihələr həyata keçsin, bank mənfəətlə işləsin, biz gəlir əldə edək.
Bank rəhbərliyinin göstərişi ilə hesabatlar hazırlamışam, monitorinqlər keçirmişəm. Bu o demək deyil ki, həmin şirkətlər mənimdir. Prosesləri mənimlə yanaşı, həm də bankın İdarə Heyətinin üzvləri izləyib. Müəssisələrə kreditlərin ayrılması təşəbbüsü də bankdan gəlib. Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb. Bank əməkdaşları rəhbərliyin göstərişi ilə krediti rəsmiləşdiriblər. O pulları biz görməmişik, toxunmamışıq. O pullar qalıb bankda və sonradan müəssisənin inkişafına yönəlib. Ayrılan vəsaitlər mənimsənilməyib. Kredit ayrılması barədə qərar mən və digər təqsirləndirilən şəxslər tərəfindən verilməyib. Qərarı bank rəhbərliyi verib».
Dünyamin Xəlilov gələn pulların Türkiyədə (Antalyada), Albaniyada torpaq sahələrinin alınmasına və başqa layihələrə xərcləndiyini söyləyir. Bu işlərə də Beynəlxalq Bankın rəhbərliyi nəzarət edib.
2015-ci il iyulun 2-dən dekabrın 29-dək dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrıldığını deyən keçmiş deputat onda olan bütün sənəd və bilgiləri istintaqa çatdırdığını bildirir: «Orada istintaqı aparanların maliyyə işlərindən başları çıxmırdı. Mən istintaqla əməkdaşlıq etmiş və lazımı sənədləri onlara təqdim eləmişəm. Əgər nəyisə mənimsəsəydim, sənədləri istintaqa verməzdim, gizlədərdim».
Keçmiş deputat vergi ittihamını da qəbul etmir və deyir ki, cinayət işinin materiallarında ona yazılan vergi borcunun haradan əmələ gəldiyi özünə də müəmmalı qalıb.
Dindirmədə vəkillər Dünyamin Xəlilovdan ittiham aktında dəymiş ziyan kimi göstərilən məbləği ödəmək niyyətində olub-olmadığını soruşanda, keçmiş deputatın cavabı belə olub: «Elə bir fikrim yoxdur. Hər deyilən məbləği ödəyə bilmərəm ki…».
Keçmiş deputatın məhkəməsi martın 16- davam edəcək. («Azadlıq» radiosu)