
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. VAXT.AZ xəbər verir ki, təbrikdə deyilir: «Hörmətli cənab Prezident, əziz Qardaşım. Sizə səmimi salamlarımı çatdırır və qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının yenidən Sədri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Başçılıq etdiyiniz və qurucusu olduğunuz partiyanın hakimiyyətə gəlişindən ötən 15 ildə qardaş Türkiyə Respublikasında böyük işlər görülmüşdür. Həyata keçirilmiş siyasi, iqtisadi, sosial və digər layihələr Türkiyənin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.
Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz olmuş və adınız əbədi olaraq Türkiyə dövlətçiliyinin tarixinə həkk olunmuşdur. Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz isə partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.
Beynəlxalq aləmdə güc mərkəzinə çevrilmiş qüdrətli və sabit Türkiyə Respublikasının bütün uğurları bizləri olduqca sevindirir. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.
Çoxşaxəli ikitərəfli əlaqələrimiz, qarşılıqlı maraq doğuran sıx əməkdaşlığımız, irimiqyaslı birgə layihələrimiz strateji müttəfiqliyimizi səciyyələndirən cəhətlərdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram».