
“Üstümüzə benzin tökdük”
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?
Əksəriyyəti Güney Azərbaycandan olan iş adamları və valilərdən ibarət 120 nəfərli heyət olacaq
Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ideoloji mahiyyəti və çağdaş reallıqlar
Azərbaycanda ana dilində təhsil tələbi hər küncdən səslənir
Kürd silahlıları regionda humanitar fəlakətlərin səbəbkarlarındandır
... Dünyanın indiki geopolitik konfiqurasiyasında böyük önəm daşımağa başlayır
İranı bombalamaq rejim dəyişikliyinə səbəb olmayacaq
Kürd imamın Ərdoğanı diktator adlandırması etirazlara səbəb olub
Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?
“Təsdiqlənmə arzusu azadlığa əngəl olur” Erix Fromm
Kürd separatçıları türk tokatı üçün darıxıb
Ərdoğan və Pezeşkianın açıqlamaları panfarsçıları niyə qəzəbləndirir?
Bütün hadisələr və gedişat bu istiqamətdə inkişaf edir
Tarixi torpaqlarımıza qarşı təxribatçı iddiaların əsasızlığı
«Prezident Ruhani hökümətinin proqramlarından asılı olmayaraq İran İslam Respublikasına qarşı tətbiq edilməkdə olan yeni sanksiyalar ölkənin enerji sahəsindəki hədəflərinin uğursuz nəticələnməsinə səbəb ola bilər». Bu sözləri Güney Azərbaycanlı enerji eksperti Umud Şükri bildirib. O Amerikanın Səsinə müsahibədə Həsən Ruhaninin ikinci dönəm prezidentliyində enerji sahəsində irəli sürdüyü proqramları və hədəflərini dəyərləndirib.
Umud Şükrinin sözlərinə görə, Ruhaninin prezidentliyinin ilk dönəmində əldə etdiyi ən önəmli uğuru məhz enerji sahəsində olub. Qərb ölkələri ilə əldə edilən nüvə razılaşması nəticəsində İran neft və təbii qaz istehsalını müəyyən dərəcədə artıra bilib.
«İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu» adlı kitabın yazarı bu uğurlara baxmayaraq İranın durumunu təbii qaz satışı baxımından hələ yaxşı hesab etmir: «Təbii qaz sahəsində İranın durumu hələ yaxşı sayılmaz. İran indi sadəcə Tükiyəyə təbii qaz sata bilir. Azərbaycandan qaz alır və onun qarşılığında Naxçıvana qaz verir...»
Umud Şükri həmçinin İranın neft naziri Bijən Zəngənənin etimad səsi istədiyi məclisə təqdim etdiyi proqramları haqqında danışıb.
«İranın Ərəb ölkələr, habelə Azərbaycan və Türkmənistan ölkələri ilə ortaq 26 təbii qaz və neft sahəsi vardır. Bijən Zəngənənin birinci prioriteti İranın bu sahələrdəki payını artırmaqdır. Onun ikinci prioriteti, iki il sonra ən az 80 milyard dollar xarici investisiya cəlb etməkdir... Xarici yatırım olmasa İranın öz iç qaynaqları ilə enerji sektorunun ehtiyaclarını qarşılamaq çətindir», deyə o söyləyir.
«Bijən Zəngənə 30-35 il İranın neft və təbii qaz sektorunda təcrübəyə sahib olan bir insandır. O bu sahədə çox bilgili insandır və Ruhani də ona ixtiyar vermiş ki neft sahəsində istədiyi kimi çalışa bilir. Keçmiş hökumətlərdə də nazir olmuş», deyə ekspert bildirib.
Umud Şükri əlavə edir ki, Həsən Ruhani kabineti, xüsusilə Bijən Zəngənə izlədikləri hədəfə çatmaq üçün əllərindən gələni edəcəklər. «Amma, Amerikanın tətbiq etdiyi yeni sanksiyalar səbəbilə Avropa şirkətləri İrana investisiya yatırmaqdan çəkinirlər... Sanksiyalar götürülməsə, xarici sərmayə olmadan bu proqramları həyata keçirmək çox çətindir... Buna görə də, bu proqramların uğurla nəticələnməsi tamamən Ruhani hökumətinin əlində deyil», o deyib.