
Pivə istehlakı aşağı düşdü
Almaniyanın məşhur “Oettinger” zavodunu bağlayır
Almaniyanın məşhur “Oettinger” zavodunu bağlayır
Axşam saat 8-dən və 10-dan sonra satışı qadağan edildi
Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır
108 yaşındakı qadın uzun ömrünü gündəlik içkisinə bağlayır
Alkoqolsuz kimi satılan içkidə spirt tapıldığı üçün geri qaytarıldı
6 atmosfer təzyiq nəticəsində 80 km surətə çatan tıxacı saxlayan icad
Almaniyada ənənəvi pivə hələ də üstünlük təşkil edir
Stressi spirt istehlakını artırır, 64 faizi bundan təsirlənir
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
Bəziləri təəccüblü dərəcədə çox yayılıb
Bir zamanların uğur hekayəsi “Ebrosia” iflas elan etmək məcburiyyətində qaldı
Ölkənin özündə də alkoqollu içkiyə tələb azalıb
Turizm şirkətləri “Naigin K Tovuz Baltiya” MMC-yə infotur edib
Ölkədə spirtsiz pivəyə maraq iki dəfədən çox artıb
Almaniya vətəndaşının illik istehlakı Portuqaliyaya görə üç, Fransaya görə iki dəfə azdır
«Təəssüf ki, hələ də alkoqolizmi çox zəif və əhəmiyyətsiz xəstəlik hesab edirlər. Halbuki, alkoqolizm narkoloji xəstəliklərin ən ağır formasıdır. Çünki alkoqol orqanizmə düşdüyü andan hüceyrələrə öldürücü təsir etməyə başlayır».
Bunu virtualaz.org saytına özəl açıqlamasında Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib. Şöbə müdirinin sözlərinə görə, son vaxtlar qanunsuz qazanc məqsədilə etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. «Bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin. Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir. Rusiyada araqdan ölüm halları da buna görə baş vermişdi», - P.Məmmədov söyləyib.
Həkim ucuz spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. P.Məmmədov deyir ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda xəstələr arasında odekolon içən, yemişan dəmləməsindən istifadə edənlərlə qarşılaşmayıb. Amma ürək xəstəliklərinin müalicəsində istifadə edilən «Korvalol» damcısından asılı vəziyyətə düşənlər var. «Ürək damcısının tərkibində narkotik tərkibli maddələr var. Bu da asılılıq yaradır», - şöbə müdiri deyib.