
“Təmiz vərəqdən başlayaq”
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
Bu yaxınlarda Gürcüstanın «Gürcü arzusu» partiyası bələdiyyə sistemindəki aktivliklə bağlı iki regionarasındakı siyahını açıqlayıb.
«Gürcü Arzusu» partiyasının əhalisinin mütləq əksəriyyətinin
ermənilər təşkil etdiyi Axalkalaki üzrə partiya siyahısının ilk onluğu:
1. Nairi İriçian
2. Gaioz Lomsadze
3. Armine Minasian
4. Melkon Makarian
5. Otar Eranosian
6. Robizon Ğavrelişvili
7. Seda Melkumian
8. Grigor Cormutian
9. Hovik Muradian
10. Armen Unanian
«Gürcü Arzusu» partiyasının əhalisinin mütləq əksəriyyətinin ermənilər təşkil
etdiyi Ninostminda üzrə partiya siyahısının ilk onluğu:
1. Sumbat Kiureğian
2. Giorgi Zmoian
3. Nato İremadze
4. Konstantin Vardanian
5. Vaan Aroian
6. Samvel İriçian
7. Seda Darbinian
8. Andranik Xaçatrian
9. Manvel Abgarian
10. Joni Beridze
«Gürcü arzusu» partiyasının əhalisinin 91 faizini azərbaycanlılar təşkil etdiyi
Marneuli üzrə partiya siyahısının ilk onluğu:
1. Amiran Giorgadze
2. Besik Gelenidze
3. Mamuka Naveriani
4. Nikoloz Gogojuri
5. Nodari Mtvarelidze
6. Zurab Fangani
7. Givi Giorgadze
8. Davit Xuçişvili
9. Nikoloz Mumladze
10. Tornike Goglidze
Diqqət çəkən məqam azərbaycanlıların üstünlük təşkil etdiyi bölgədə bir nəfər də
olsun azərbaycanlının bələdiyyə sahəsində aktiv olmaması və partiya siyahısının
ilk onluğunda yer tutmamasıdır.
Buna səbəb nədir?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov məsələ
ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, «Gürcü arzusu» partiyasının
Gürcüstanda yaşayan azərbaycanlılar üçün gördüyü işlər minusdur.
Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. Marneulidə yaşayan azərbaycanlılar
illərdir ki, «Gürcü arzusu» partiyasında aktiv deyillər. Təəssüf ki, «Gürcü
arzusu» partiyası sadəcə, arzu olaraq qalır. Bu partiya Gürcüstan hökumətinə
heç də yaxşı nələrsə bəxş etmir. Yeniliklər yoxdur. İnsanların arzusu kimi
qalmaqdadavam edir. Üstəlik, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycan
nümayəndəliyinin Gürcüstanın daxilli işinə qarışmağa nə imkanı, nə də niyyəti
var».
Azərbaycanlı deputatın sözlərinə görə, ermənilər Gürcüstanda da aktivdirlər.
«Təəsüflər olsun ki, ermənilərin kompakt yaşadığı yerdə ilk onluqda ermənilər
üstünlük təşkil edir. Bu da ermənilərə xüsusi diqqətin olmasından xəbər verir.
İctimai işlərdə azərbaycanlıların ilk onluğa düşə bilməməsi burdakı
soydaşlarımızın narazılığına səbəb olub. Digər tərəfdən insanlar qorxu
altındadır. Saakaşvilinin Ukraynaya getməsini bəhanə edərək bəzi dairələr
insanları qorxutmaqla məşğuldur. Onu deyə bilərəm ki, «Gürcü arzusu» partiyası
son 5 ildə nüfuzunu itirib. Nə yerli camaat, nə də orada məskunlaşan azərbaycanlılar
üçün uğurlu nəsə edib».