
Fransa küçələri uşaqlarla dolu
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
«The Telegraph» yazır ki, qış ayları bir çox insanlara soyuq, boz və qaranlıq günləri ilə kədər gətirirsə də, amma məhz qışda dünyaya uşaq gətirmiş qadınlar üçün bu fəslin xeyri daha çoxdur.
Çox maraqlı yeni tədqiqat göstərib ki, qışda və erkən yazda doğan qadınların doğuş sonrası depressiya deyilən hissə qapılması şansı daha azdır.
Bu, ilk baxışdan məntiqsiz görünsə də, alimlər düşünürlər ki, qış aylarında yenicə ana olmuş qadına ailə və dostların dəstəyi daha «isti» olur.
Əksinə yay aylarında ana olanlar özlərini daha çox tənha qoyulmuş və dörd divar arasında dustaq edilmiş kimi hiss edirlər. Çünki yay aylarında başqalarının başı daha çox əyləncələrə qarışır.
Harvard Tibb Məktəbinin təcrübə sahəsi sayılan «Boston Brigham & Women's Hospital» xəstəxanasından doktor Ci Jou (Jie Zhou) deyir ki, onun alimlər qrupu doğuşdan sonrakı dövrdə zahı qadınların depressiyaya məruz qalmasına səbəb olan mümkün faktorlara diqqət yetirib.
Alimlər bunu da aşkar ediblər ki, postnatal depressiyaya hamiləlik dövrünün müddəti də təsir göstərir. Erkən doğan qadınlar depressiyaya daha tez məruz qalırlar. Eyni sözləri kök qadınlar haqqında da demək olar.
Məqalədə deyilir ki, zahı qadınların azı 10 faizi postnatal əndişə və depressiya keçirir. Belə depressiyanın simptomları - qüssə, narahatlıq və diqqət yayğınlığıdır.
Alimlər bildirirlər ki, doğuşdan sonra depressiya həm də hormonal, habelə analığa keçidlə bağlı psixoloji dəyişikliklərlə əlaqədar baş qaldırır.
Alimlər qrupu 2015-ci ilin iyunu ilə 2017-ci ilin avqustu arasında doğmuş 20 min 169 qadını müşahidə edib. Bunlardan 817-si və 4, 1 faizi depressiyaya girib.
Yaz və qış aylarında doğan qadınların depressiyaya niyə az məruz qalmasının elmi səbəbləri tam öyrənilməyib, lakin araşdırmaçıların ehtimalı belədir ki, soyuq aylarda ev adamları və ailə üzvləri daha çox evdə olduqlarından zahı qadın özünü tənha hiss etmir, əksinə xeyli kömək və dəstək görür.
Britaniya dövlət səhiyyəsinin sənədlərinə görə, doğuşdan sonrakı depressiya adətən iki həftəyədək çəkir, lakin bəzən diqqətsiz qalarsa uzunmüddətli forma ala bilər.
Yeni araşdırma bunu da aşkar edib ki, uşaq doğulan ailələrdəki ataların hər 25 nəfərindən biri depressiyaya düçar olur.
Başqa faktorlar da var. Tam müddətində başa çatan hamiləlikdən sonrakı dövr daha az depressiyalı olur. Anesteziyasız doğuşların da depressiyası daha çox baş verir.
Avropoid irqinə məxsus qadınlar başqa irqlərdən olan qadınlardan daha az postnatal depressiya keçirirlər.