vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
«Bakı»da tunisli futbolçu? 11:54 | 29 yanvar 2014 | Çərşənbə Məqaləyə 2596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı»da tunisli futbolçu?

Avropanın prestijli klublarında oynamış yarımmüdafiəçi 240 min avroya?!

MÖVZU İLƏ ƏLAQƏLİ

Premyer Liqada fasilənin bitməsinə və qış transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış «Bakı» yeni bir tunisli futbolçunu heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.

Məlumatda Belaid Ticaninin paytaxt klubu ilə bir mövsüm üçün 240 min avroya razılaşdığı bildirilir. Bundan başqa fransız mətbuatı yarımmüdafiəçinin bu keçidini gülməli adlandırıb.

Belə ki, «Paris» (Fransa), «İnter» (İtaliya), «Praqa» (Çexiya), PSV (Hollandiya), «Nürnberq» (Almaniya), «Hall Siti» (İngiltərə), APOEL (KİPR), «Union Berlin» (Almaniya), «Moreyrense» (Portuqaliya) və «Lokomotiv» (Plovdiv, Bolqarıstan) klublarının şərəfini qorumuş 26 yaşlı futbolçunun 240 min avro müqabilində transfer edilməsi Fransa mətbuatında böyük marağa səbəb olub.