Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
12:06 | 14 fevral 2019 | Cümə axşamı
Məqaləyə 1380 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün.
Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir.
“Bir tərəfdən o güzəştlərə hazırdır, digər tərəfdən məsuliyyəti öz üzərinə götürməkdən qorxur. Hətta “Qarabağ klanı”nın üzvləri Robert Köçəryan və Serj Sərkisyan məsuliyyəti üzərlərinə götürməkdən çəkinirdilər. Nikol Paşinyan da qorxur, xüsusilə o, “Qarabağ klanı”nın rəqibidir, Qarabağ məsələsinə yaddır və rəqibləri onu əraziləri qaytarmağa hazırlaşmaqda ittiham edirlər”, - deyə o bildirib.
Markov hesab edir ki, Paşinyan yaranmış şəraitdə ən qazanclı mövqeyə sahib olmaq üçün vaxtı uzadır: “Hələ ki Azərbaycan və Ermənistan arasında mübahisə gedir. İrəvan danışıqlara Qarabağ nümayəndələrinin cəlb edilməsinə çalışır, Bakı bunu bloklayır. Onsuz da nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət Paşinyanın istəyini qəbul edəcək. Paşinyan danışıqlara iki formatı daxil etməyə çalışır: Ermənistan və Azərbaycana qarşı Qarabağın erməni icması. Lakin burada heç bir məntiq yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması müharibədə öz evlərindən qovulublar və onların torpaqları işğal altındadır. Əgər erməni icması danışıqlarda iştirak edirsə, o zaman azərbaycanlı icması da iştirak etməlidir. Digər tərəfdən, Paşinyan üçün danışıqlardan yayınmaq çətinləşib, çünki Ermənistanda siyasi burulğan sona çatdı. Əgər sülh danışıqlarında vəziyyət dəyişməsə, o zaman, müharibənin yenilənməsi ehtimalı böyükdür”.