
Ölünün nəyini ödürəcəksən?
Ölkə futbolunu kökünə balta vuranlar ...
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Artıq Rövnəq Abdullayev AFFA prezidenti kimi qəbul edilmir. Xəbəriniz olsun ki, yığmanın baş məşqçi postuna namizədlərlə bağlı məsləhətləşmələr onunla yox, onun yerinə gələcək şəxslə aparılır. Heç Milan Obradoviçin U-21 yığmasına baş məşqçi təyin olunmasından da xəbəri olmayıb Rövnəq Abdullayevin. Bir sözlə, artıq AFFA Rövnəq Abdullayevsiz dönəmdədir. Onun gedəcəyinin rəsmiləşəcəyinə çox az qalıb”.
Bu xəbəri tanınmış idman yazarı Natiq Muxtarlı yazıb. O, bildirib ki, bütün bunlara görə də, Abdullayev təşvişdədir. Bilir ki, AFFA prezidenti postunu tərk etdikdən sonra bu illər ərzində qurumdakı bütün yeyintilər onun ayağına yazılacaq: “Yazılmalıdır da. Bu məsələdə başqa günahkar axtarmağa lüzum yoxdur. Təkcə bir məsələni deyim, siz də mənimlə razılaşın. Hazırda Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin məhkəməsi gedir. Bu adam Azərbaycanın bank sisteminə xeyli zərə vurub. Təkcə bank sisteminəmi? Bəs futbol təsərrüfatına? Özü də futbol təsərrüfatındakı ziyanı Rövnəq Abdullayevlə müştərək vurub. UEFA-nın maliyyə yardımı ilə tikilən “Şəfa” stadionunun necə satıldığını xatırlayırsınız? Şəhərin mərkəzində yerləşən bu stadion cəmi-cümlətanı 4 milyon manata satılmışdı. Kim satmışdı? Kimə satmışdı? Rövnəq Abdulalyev Cahangir Hacıyevə satmışdı. “Şəfa” stadionun yerləşdiyi ərazini infrastruktursuz bazara çıxartsan, azı 300 milyon manata satılar. Bəs necə olurdu ki, təkcə ərazisi 300 milyon manat dəyərində olan stadion Cahangir Hacıyevə cəmisi 4 milyona satıldı?”.
N. Muxtarlı yazısında bildirib ki, Rövnəq Abdullayev bu suala cavab verməli olacaq. Onun fikrincə, bu stadionu millinin bazasına çevirmək olardı: “Bu stadionda uşaqlar üçün akademiya qurmaq olardı. Orda Azərbaycan futbolu üçün heç olmasa 11 futbolçu yetişdirmək olardı. Rövnəq Abdullayevin AFFA-ya rəhbərlik etdiyi 11 ildə bircə futbolçu da yetişmədiyini nəzərə alsaq, Azərbaycan futboluna vurulan zərərin miqdarını təsəvvür edirsiniz? Cahangir Hacıyevin bank sisteminə vurduğu zərərdən çox olar ki, az olmaz. Böyükdür, çox böyük. Bunun sorğu-sualı aparılacaq. Necə ki, indi Cahangir Hacıyevlə aparılır. Mütləq aparılacaq. Az qalıb, lap az. Azərbaycanda futbolun olacağı günə”.